“Xəzər dənizi sahilində yerləşməyən heç bir üçüncü ölkənin silahlı qüvvələrinin burada yerləşdirilməsi mümkün deyil". Baki-xeber.com xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev yerli mətbuata açıqlamasında deyib.
Xəzər dənizində üçüncü ölkə əsgərlərinin olacağı ilə bağlı iddiaları da cavablandıran Nazarbayev deyib: “Xəzər dənizinin hüquqi statusu ilə bağlı 20 ildir ki, çalışırıq. Bu il Aktauda imzalanan sənədi tarixi olay adlandırmaq olar. Xəzərin sahilində yerləşən 5 ölkə olaraq, bu dənizin əməkdaşlıq, dostluq və qarşılıqlı anlayış dənizi olduğunu qeyd etdik. Xəzərin sahilində yerləşməyən heç bir ölkənin əsgəri burada ola bilməz”.
Dövlət başçısı eyni zamanda razılaşma çərçivəsində Xəzərlə bağlı xüsusi təhlükəsizlik protokolunun imzalanacağını da əlavə edib.