Rusiya prezidenti Vladimir Putin Ermənistanın ikinci prezidenti Robert Köçəryana yeni il münasibəti ilə təbrik məktubu göndərib. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"-ya istinadən xəbər verir.
Putin hazırda həbs olunan Köçəryana can sağlığı, möhkəm olmağı və ruh yüksəkliyi arzulayıb.
Qeyd edək ki, Robert Koçaryan dekabrın 7-dən həbsdədir. Təbrik haqqında məlumat Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında danışıqların bitməsindən bir neçə saat sonra gəlib.
Onu da xatırladaq ki, Paşinyan İrəvana qayıtdıqdan sonra Rusiyadan Ermənistana satılan qaz qiymətlərinə dair razılığa gəlinmədiyini bəyan edib.