Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistanda Suriya hadisələri təkrarlana bilər...

Image


Dekabrın 9-da Ermənistanda, ictimai-siyasi gərginliyin ən yüksək fonda olmasına baxmayaraq, növbədənkənar parlament seçkiləri keçirilib. İşğalçı ölkədə 2010 səsvermə məntəqəsi yaradılıb.

Parlamentdə təmsil olunmaq üçün 11 siyasi qüvvə, 9 blok və 2 partiya mübarizəyə qoşulub. Ermənistan qanunvericiliyinə əsasən, parlementdə təmsil olunmaq üçün siyasi qüvvələr 5 faizi, bloklar isə 7 faizi üstələməlidir. İrəvan şəhərinə bölgələrdən də daxil olmaqla iki dəfə artıq polis qüvvələrinin yeridilməsi bir daha onu göstərirdi ki, onsuz da acınacaqlı və ən ağır günlərini yaşayan Ermənistanda seçkilər gözlənildiyindən də ağır şəraitdə  keçiriləcək. Ölkəni diktatura rejiminə sürükləyən və müvəqqəti də olsa baş nazirin vəzifələrini icra edən Nikol Paşinyan da səsvermə məntəqəsinə gəlmişdi. O, saat 13:00 radələrində paytaxtın Şenqavit rayonunda açılmış 16 saylı seçki məntəqəsində səs verdi. Paşinyan seçkiqabağı təşviqat zamanı rəqiblərinə cürbəcür hədə-qorxular gələrək bildirirdi ki, xalqın böyük əksəriyyəti onun yeni yaratdığı “Mənim addımım” partiyasına səs verəcək. Ermənistanda bir çox siyasi şərhçilərin də qeyd etdiyi kimi, Qarabağ klanının zəifləməsindən və küçə mitinqlərindən istifadə edərək hakimiyyəti ələ keçirən Paşinyan, ənənəsinə sadiq qalaraq, qapı-qapı gəzib küçə demokratiyasında diktatura rejimi qurmağını rəsmləşdirmək istəyindədir. Seçkilərə qatılan Ermənistan prezidenti Armen Sarkisyan da səsvermədə iştirak edib. Prezidentə məntəqə sədri tərəfindən iki seçki vərəqəsinin verilməsi məntəqədə müşahidə aparan jurnalistlərin diqqətindən yayınmayıb. Prezident seçki qutusuna yaxınlaşanda əlində iki seçki vərəqəsini görəndə təəccüblənərək məntəqə sədrini yanına çağırıb (gülə-gülə) ikinci seçki vərəqəsini yenidən ona təhvil verdi. Ermənistan prezidenti məntəqədə jurnalistlərə yaxınlaşaraq ingilis dilində “siz gördünüz mən bir dəfə səs verdim” ifadəsini işlətdi. Bu zaman erməni kütləvi informasiya nümayəndələrindən biri emosional tərzdə prezidentə bildirdi ki, xahiş edirik ermənicə danışın. Seçkilərin gedişatı barədə heç bir məlumat verməyən Ermənistan prezidenti Armen Sarkisyan üzünü jurnalistə tutaraq bildirdi ki, nə formada, hansı erməni ləhcəsində danışmaq istəyirsən danışaq. Bundan sonra o, məntəqədən ayrıldı. Özünü gülünc vəziyyətə qoyan  Ermənistan prezidentindən  ancaq bunu gözləmək olardı.

Səsvermə məntəqəsinə Paşinyanın tərəfdarları tərəfindən sıxışdırılan və onu məcburi qaydada baş nazir postundan istefa verməyə məcbur edən  Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da gəlmişdi. O, həddindən artıq məyus, əvvəlki görkəmindən çox fərqli bir formada görünürdü. Serj Sarkisyan jurnalistlərə müsahibə verməkdən də imitina etdi.

Səs verənlər arasında Ermənistanda həmişə adı qalmaqalda hallanan, parlamentdə 27 faiz səslə ölkədə ikinci ən nüfuzlu partiya hesab edilən “Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx-biznesmen Qaqiq Tsarukyan da var idi. Jurnalistlərin suallarını cavablandıran Tsarukyan kinayə ilə bildirdi: “Hazırkı hakimiyyət mənim partiyamın adını ləkələmək üçün  cürbəcür maxinasiyalar, o cümlədən korrupsiya ilə əlaqələndirilir. Çox yaxşı olar ki, onlar bu kimi şər-böhtan tipli əməllərdən uzaq olsunlar. Seçkiqabağı təşviqat zamanı xeyli qanun pozuntuları baş verib. Onlar yaxşı olar ki, erməni xalqına  yanlış vədlər verməkdənsə, gələcəkdə görüləcək real işlər barəsində doğru-düzgün məlumatlar versinlər. Məndə olan məlumatlara görə, ölkənin hüquq-mühafizə sistemində çalışan əməkdaşlara, xüsusən də MN-in hərbçilərinə hədə-qorxu gəlinərək göstəriş verilib ki, onlar ancaq Paşinyanın “Mənim addımım” partiyasına səs versinlər”.

“Daşnakutyun” partiyasının üzvləri də çox narazı görünürdülər. Daşnaklar təşviqat zamanı diktaor Nikol Paşinyanın əməllərini ciddi tənqid edərək bildirirdilər ki, onun hərəkəti yaramazlığın ən son həddidir. Daşnakların əsas narazılıqları ölkənin daxili işlər naziri Valeriy Osipyanın seçkqabağı fikirləri ilə bağlı  idi. Daşnakların lideri Armen Arustamyan “Azadlıq” radiosuna bunları bildirmişdi: “Ölkənin daxili işlər nazirinin seşkilərə müdaxilə etməsi ən böyük qüsurlardan biridir. Osipyan isə açıq-aşkar bildirir ki, onlar “Mənim addımım” partiyasına daha çox ümid bəsləyirlər. Hələ də şəhərin küçələrindən Paşinyanın fotoşəkilləri yığışdırılmayıb. Baxmayaraq ki, partiyaların təşviqat kampaniyasına iki gündür son verilib. Diktator Paşinyanın tərəfkeşləri axşamlar düşüb qapı-qapı gəzərək seçicilərə pul paylayır. Bundan dəhşətli biabırçılıq ola bilməz. Biz seçkilərin nəticələrini qeyri-qanunu hesab edirik. Planlaşdırırıq ki, xalqı ayağa qaldırıb öz hüquqlarımızı tələb edək”.

Seçkilər yekunlaşdıqdan sonra MDB müşahidə şurasının  üzvlərindən Nurlan Kadirov və rusiyalı politoloq Andrey Areşyev mətbuata verdikləri açıqlamalarda bunları bildirmişdilər: “Buz seçkilərin gedişatını bir neçə məntəqədə izlədik. İlkin müşahidələr onu deməyə əsas verir ki, seçki fəallığı  çox aşağı səviyyədə, seçkidə iştirak edənlərin əhval-ruhiyyəsi də normal deyildi. Elə hiss olunurdu ki, insanları zor gücünə məntəqələrə gətirirlər. Xeyli sayda qanun pozuntusunun şahidi olduq. Hətta bizə məlumat verildi ki, bir neçə məntəqədə seçki qutuları yoxa çıxıb. Elə məntəqələr olub ki, orada video-müşahidə kameralarında görüntülər qeydə alınmayıb. Bəzi məntəqlərdə ümumiyyətlə video-kameralar quraşdırılmasına icazə verilməyib. Areşyev əlavə edərək onu da bildirmişdi ki, elə bəzi seçki məntəqələri saat 17:00-dan qapılarını bağlamışdı. Düzdür, seçici sayı şox az idi. Ancaq buna baxmayaraq, məntəqə 20:00-a kimi açıq olmalı idi. Sizə açığını deyim, bu cür seçkilər, inanmıram ki, dünyanın hansısa bir ölkəsində keçirilsin”.

Ermənistanda  “baş tutmuş seçkilərin” nəticələrinə gəldikdə isə, əvvəlcədən gözlənilən proqnozlar müəyyən qədər doğru çıxdı. Diktator Nikol Paşinyanın “Mənim addımım” partiyası 70,4 faiz və ya 884.495 səslə birinci, oliqarx-biznesmen Qaqiq Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 8,27 faiz səslə ikinci və yeni təsis olunan “İşıqlı Ermənistan” partiyası isə 6,37 faiz səslə üçüncü oldu. Beləliklə, Ermənistan parlamentində bu üç partiya fəaliyyət göstərəcək. Maraqlıdır, Serj Sarkisyanın “Respublikaçılar” partiyası 4,2 faiz səslə parlamentdə təmsil olunmaq hüququndan kənarda qalmışdı. Ölkədə kifayət qədər nüfuz sahibi olan “Daşnaksütyun” partiyası da müəyyən səddi aşa bilməmişdi. Bundan əvvəlki parlamentdə təmsil olunan sabiq MN Seyran Ohanyanın və keçmiş XİN-i Raffi Ovannesyanın “İrs” bloku,  Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Ermənistan Milli Konqresi” blokları son anda seçkilərə qatılmaqdan imtina etmişdi.

Ermənistanda seçkilərin nəticələrini şərh edən bir çox təcrübəli siyasətçilər bildirir ki, bu işğalçı ölkə özünün ən ağır təlatümlü günlərini yaşayır. Necə deyərlər, olumla-ölüm çabalayır. Günü-gündən bütün istiqamətlərdə tənəzzülə doğru gedən və aclıq-səfalət içində boğulan Ermənistan, demək olar ki, vətəndaş müharibəsinin tam astanasındadır. Serj Sarkisyan klanı erməni xalqını vahimə, qorxu içərisində idarə edərək saxlaya bilirdisə, Nikol Paşinyan boş-boş vədlər verməklə xalqı aldadaraq təlatümə sürükləyir. Bütün bunlar sonda Ermənistanda yeni Suriya hadisələrinin baş verməsinə gətirib çıxaracaq. İndi bütün ictimaiyyəti bir məsələ düşündürür: görəsən bu amorf ölkədə vətəndaş qarşıdurması  yaxınlardamı gözlənilir?

Aydın  EYVAZOV
AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin əməkdaşı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ