Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanın təcrid siyasətinin Qarabağ məsələsində Ermənistanın mövqelərini sarsıdan faktor olduğuna bütün dünya inanmağa başlayıb

Image


Azərbaycanın işğalçı Ermənistanı təcrid etməsi və bu xüsusda düşmən ölkədə yaranan problemlərin miqyasının davamlı şəkildə genişlənməsi Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından tamam yeni bir vəziyyət yaradır. İndilikdə görünən budur ki, Ermənistan işğalçılıq siyasətini davam etdirdikcə Azərbaycan onu təcrid etmək siyasətini daha gücləndirəcək. Elə bu da Ermənistanın Qarabağ siyasətinin nəticəsizliyini aydın nümayiş etdirir.

Hesab edilir ki, artıq bu gedişlə İrəvanın status-kvonun qorunmasına yönəlmiş siyasətini davam etdirməsi də mümkün deyil. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Qarabağ münaqişəsinin mövcudluğu və sərhədlərin bağlı olması Ermənistanın xaricdən asılılığını artırır, iqtisadiyyatını boğaraq onu inkişafdan məhrum edir. Bu kontekstdə isə Azərbaycan bütün regional layihələrin əsas müəllifinə çevrilib. Belə vəziyyətdə daha da güclənən Azərbaycan ərazilərinin işğalda qalmasının mümkünsüz olduğunu açıq bəyan edir və İrəvanın təcavüz siyasətinə istənilən yolla son qoymağa hazır olduğunu bildirir. Ekspertlərə görə, bu durumda  Ermənistan hakimiyyətinin effektiv siyasətinin göstəricisi danışıqlar prosesinin uzadılması deyil, münaqişənin rasional kompromislər əsasında tezliklə həlli olmalıdır. Çünki zaman daha sürətlə Ermənistanın əleyhinə işləyir. Elə Prezident İlham Əliyev də “Rossiya-24” telekanalına müsahibəsində bu xüsusda çox maraqlı məqamlara toxunur: "Bu ilin baharında Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir". Onun sözlərinə görə, Azərbaycanın öz iqtisadi, enerji və nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasəti müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub: "Ümid edirik ki, 2019-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacaq. Düşünürəm ki, bu ilin baharında Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir. Biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın və bütün digər komponentlərin balansı artıq çoxdan pozulub. Düşünürəm ki, bizim iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub. Erməni cəmiyyətini narahat edən bütün digər məsələlərlə yanaşı, bu ilin baharında baş vermiş hadisələrin amillərindən biri Ermənistanın düşdüyü və ya özünü yuvarlatdığı ağır sosial-iqtisadi vəziyyət olub. Bu isə, mən qəti əminəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının nəticəsində baş verib. Buna görə də, düşünürəm ki, həm Ermənistan cəmiyyətində, həm də hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, düşünürəm ki, Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq".

Bununla yanaşı, dövlət başçısı Azərbaycanın məsələni hələ də dinc müstəvidə həll etməkdə maraqlı olduğunu vurğulayıb: "Biz münaqişəni həmişə danışıqlar yolu ilə nizamlamaq istəmişik və istəyirik. Lakin təbii ki, danışıqlar yolu ilə nizamlamaq üçün çox ciddi vasitələr lazımdır. Bizim apardığımız və aparacağımız siyasət sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib. Mən qəti əminəm ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur. Bunun üçün isə onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmalı və yüz minlərlə azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verməlidirlər. Buna görə də ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq. Amma dəqiq deyə bilmərəm. Necə deyərlər, vaxt göstərər. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən görəndə ki, o, nəticə verir". Beləliklə, Azərbaycan ən yüksək səviyyədə düşmən ölkəyə xəbərdarlıq edərək bildirir ki, onun xilası zəbt olunmuş ərazilərdən çıxmaqdır. Elə proseslər də göstərir ki, Ermənistanda vəziyyət gözlənilydindən də böyük sürətlə pisləşir və bu durumda ölkədə hansısa inkiaşfın qeydə alınmaması işlağçı tərəfi iflic dövlətə çevirir.

Qeyd edək ki, ölkədə artım qeydə alınan yeganə sahə xarici borclardır və bu da Ermənistanı xaricdən daha asılı vəziyyətə salır. Aparılan hesablamalara görə, gələn ilin əvvəlində  Ermənistanın dövlət borcu 7 milyard dollara çatacaq. Bu göstərici ölkənin ümumi daxili məhsulunun 60%-ni təşkil edəcək. Ekspert Ayk Qevorkyan qeyd edir ki, Ermənistan borcla yaşayan dövlətlər siyahısına daxil olub ki, bu da onun müstəqil siyasət aparmasına imkan vermir: “Hökumət Avropa banklarından borc alaraq Beynəlxalq Valyuta Fonduna olan borcunu ödəyir, Dünya Bankından borc alaraq Avropa banklarına olan borcunu ödəyir. Hazırda Ermənistan hökuməti xarici borclarını borc alaraq ödəyir və bu hal iqtisadiyyatın daha da pis vəziyyətə düşəcəyindən xəbər verir”. Ekspertlər hesab edir ki, Ermənistanın xilas yolu işğal və başqa ölkələrin ərazilərinə iddia etmək siyasətinə son qoyulmasından keçir. İndilikdə Ermənistan yürütdüyü təcavüzkar siyasət nəticəsində Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qalıb və bunun ağrısını düşmən ölkə öz üzərində daha çox hiss edir. Hesab edilir ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi mümkünsüzdür. Belə vəziyyətdə Ermənistanın yalnız bir çıxış yolu qalır ki, o da Azərbaycanın həyata keçirdiyi layihələrə qoşulmaqdır. Amma bunun üçün ilk növbədə işğal siyasətinə son qoyulmasının vacibliyini də Ermənistanda yaxşı bilirlər. Maraqlıdır ki, elə bu istiqamətdə artıq Ermənistanda müəyyən təkliflər də səslənir.

Ermənistan üçün Qarabağ məsələsində daha bir problem isə erməni cəmiyyəti daxilində vəziyyətin qarşıdurma həddinə çatmasıdır. Xüsusən də Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında bu hal özünü qabarıq şəkildə büruzə verir. Artıq Ermənistanda sosial şəbəkələrdə yer alan xəbərlərdə Xankəndini yenidən etiraz dalğasının bürüdüyü bildirilir. Qeyd olunur ki, artıq bir neçə gündür şəhərin mərkəzi küçələrində müxtəlif təbəqələrdən olan əhalinin iştirakı ilə mitinqlər, etiraz aksiyaları və yürüşlər keçirilir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə xüsusi təyinatlı dəstələri Xankəndiyə göndərsə də, görülən tədbirlər Ermənistan ictimaiyyətindən gizlədilir. Xəbərlərdə qeyd edilir ki, görünür, Nikol Paşinyan İrəvanda nail olduğu məqsədinə burada da çatmaq və “Qarabağ klanı”nı hakimiyyətdən birdəfəlik uzaqlaşdırmaq fikrindədir. Bundan başqa, Xankəndi şəhərində etiraz edənlər sabiq prezident Robert Köçəryanın həbsinə də qarşıdır. Etirazçılar Köçəryanın azad edilməsini tələb edirlər. Separatçılar Köçəryanı qəhrəman elan edərək İrəvana yürüş elan ediblər. Separatçılardan aldığı dəstəyə arxalanan və konstitusiya quruluşunu devirməkdə təqsirləndirilən Köçəryan isə yenidən həbs edilməsi ilə bağlı Kassasiya Məhkəməsinə şikayət verərək sərbəst buraxılmasını tələb edib.
Qeyd edək ki, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan  Köçəryan iyulda saxlansa da, apelyasiya şikayətindən sonra azad edilib. 15 noyabrda isə Ermənistanın Kassasiya Məhkəməsi onun işi üzrə apelyasiya qərarının ləğvi və sabiq prezidentin təkrar həbsi ilə bağlı prokurorluğun şikayətini qismən təmin edərək işi yenidən apelyasiya məhkəməsinə göndərib. 27 noyabrdan etibarən, baş prokuror Artur Davtyan da daxil olmaqla, 6 prokurorun iştirakı ilə işə baxılıb. Davtyan bildiirb ki, Köçəryan  2008-ci ildə İrəvanda baş verən dövlət terrorunun ideya müəllifidir və təcili şəkildə azadlıqdan məhrum olunmalıdır. Nəhayət, Apelyasiya Məhkəməsi 7 dekabrda çıxardığı son qərarla prokurorluğun şikayətini təmin edib və o, yenidən həbs olunub. Amma indiki proseslər göstərir ki, Köçəryan “Qarabağ klanı”ndan aldığı dəstəklə baş nazir Nikol Paşiynana qarşı yeni müqavimətə başlamağı düşünür. Xankəndidən ona gələn dəstək fonunda isə Köçəryanın daha radikal mövqedən çıxış etməsi gözlənir. Məhz bu vəziyyətdə Paşinyanın “Qarabağ klanı”nı sıradan çıxarmaq üçün güc yoluna əl atması da təbii sayılır.  Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə bu durumda ölkədə yarana biləcək vətəndaş qarşıdurmasına görə Paşinyanın məsuliyyət daşıyacağını bildirib. O deyib ki, Paşinyan uğursuzluqluarını ört-basdır etmək üçün belə qarşıdurmalara diqqət ayırır: “Paşinyan artıq böyük problemlərlə üzləşib və bundan diqqəti yayındırmaq üçün hər cür vasitəyə əl atır. Paşinyanın uğursuzluqları çoxdur. Məhz onun dönəmində ilk dəfə Diaspor Nazirliyi qapadıldı. Bizim artıq Mədəniyyət Nazirliyimiz olmayacaq. Eləcə də ilk dəfə Ermənistan KTMT baş katibi vəzifəsindən məhrum edildi və ilk dəfə minlərlə vətəndaş yeni ili işsiz kimi qarşılayacaq. Yenə də Paşinyan sayəsində ilk dəfə “Qarabağ qəhrəmanı” və “Qarabağın prezidentləri” həbs edildi. - İlk dəfə “Qarabağ azadlıq müharibəsi” hakimiyyətin “damp-dump” ilə ələ keçirilməsindən daha az vacib oldu. İlk dəfə real müxalifət olmayan parlamentə sahib olacağıq. Amma bunlar hamısı deyil. İlk dəfə müqəddəs Eçmiədzinin dəftərxanası işğal edildi, ilk dəfə bütün ermənilərin katolikosuna hücum oldu, ilk dəfə homoseksuallar polisə hücum etdi, ilk dəfə ölkə başçısı xalqını qaralar və ağlara böldü. Bütün bunların hamısı cəmi 8 ayda baş verib. Amma bunlar fonunda mümkün vətəndaş qarşıdurması ölkəmizə daha böyük zərbə olacaq və bundan fayda götürən tərəflərdən biri Azərbaycan olacaq, biz Qarabağı itirəcəyik“.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ