Cümə günü, 23 oktyabr 2026
     

Lavrov İrəvanda "Putin qatil" plakatları ilə qarşılandı...

Image


Müxalifət də, hakimiyyət də Lavrovu pərt etdilər...

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri heç də Moskva üçün istənilən atmosferdə keçmədi. Çoxsaylı etirazlar da bunu təsdiq edir. Qeyd edək ki, Lavrov bundan əvvəl İrəvana 2022-ci ilin iyun ayında səfər etmişdi. O vaxtdan bəri səfər reallaşmayıb.

Indiki səfər zamanı Arman Babacanyanın rəhbərlik etdiyi “Respublika uğrunda” partiyası Lavrovu hava limanına gedən yolda “Putin qatildir” yazılmış pankartla qarşılayıb. Bildirilib ki, ərazidə polis maşınları olsa da, patrul əməkdaşları aksiyaya mane olmayıblar və “Putin qatildir” pankartını yığışdırmağa cəhd də etməyiblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda Rusiya prezidenti əleyhinə təhqiramiz plakatlarla bağlı insidentləri şərh edib. O, bu cür təxribatların kökündə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılmış maliyyə vəsaitlərinin dayandığını bildirib: “İrəvandakı ABŞ səfirliyində kimsə hələ də köhnə sxemlərlə yaşayır. Görünür, USAID-dən ayrılmış pullar hələ də qalıb və bu cür layihələrə yönəldilib”. Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində USAID-in vəsaiti ilə “heç bir yaxşı iş görülməyib” və bu təşkilat daim sabitliyi pozmağa yönəlmiş sınaqdan keçmiş sxemlər üzrə fəaliyyət göstərir. Etiraz təkcə bununla məhdudlaşmayıb. Sergey Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü də etirazla qarşılanıb. “Respublika uğrunda” partiyasının lideri Arman Babacanyan, Avropa Partiyasının lideri Tiqran Xzmalyan, hüquq müdafiəçisi Artur Sakunts və başqaları görüşün keçirildiyi Ermənistan Xarici İşlər Nazirliyinin binasının qarşısında Vladimir Putinin şəkilləri üzərində “Qatillər” yazılmış plakatlarla dayanıblar. Polis bu dəfə də müdaxilə etməyib. Bütün bunlar o fonda baş verir ki, ABŞ-ın Ermənistanda maliyyələşdirdiyi sərhəd mühafizə proqramı, amerikalı sərhədçilərin İrəvana göndərilməsi planı və digər təşəbbüslər Moskvanın narahatlığına səbəb olur. Ermənistanın Hindistandan silah alması, Fransa və Böyük Britaniya ilə hərbi əməkdaşlığa can atması da Rusiyadan uzaqlaşma meyllərini göstərir. Rusiyalı politoloq İqor Korotçenko bu fonda bildirir: “Ermənistan Rusiya əleyhinə mövqe tutur, Qərb silahları ilə yenidən silahlanır, KTMT-yə üzvlüyünü dondurub. Bəli, Gümrüdəki hərbi bazamız hələ çıxarılmır, amma bu, zaman məsələsidir, çünki İrəvan strateji kurs müəyyən edib və bu, Qərbə, Avropa İttifaqına doğru kursdur. Ona görə də Lavrovun Ermənistana səfərinin məqsədi siyasətçilərə, ictimaiyyətə, İrəvana müraciət etməkdir ki, onları respublika üçün fəlakətli nəticələrə gətirib çıxara biləcək qərarlar qəbul etməkdən çəkindirsin”. Lavrov İrəvanda keçirilən mətbuat konfransında artıq bu xüsusda müəyyən açılamalar verib. O bildirir ki, Cənubi Qafqazda yaranan məsələlər yalnız regionda yerləşən ölkələr və onların ən yaxın qonşuları tərəfindən həll edilməlidir: “Xarici ölkələrin region dövlətləri ilə əlaqələrini inkişaf etdirməsinə qarşı heç bir etirazımız yoxdur, bir şərtlə ki, belə qarşılıqlı əlaqə gərginlik yaratmağa və ya heç bir yaxşı nəticəyə gətirməyən geosiyasi oyunlar naminə yerli ölkələrin maraqlarını nəzərə almamağa yönəlməsin”.

O qeyd edib ki, Rusiyanın mövqeyi səmimi və gizli motivlər olmadan işləməyə hazır olan hər kəslə əməkdaşlığa açıq olmaqdır: “Yanaşmamız çərçivəsində Rusiyanın İrəvan və Bakının sülh sazişinin bağlanması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, həmçinin dövlət sərhədinin delimitasiyası, demarkasiyası vasitəsilə hərtərəfli sülhə, razılığa nail olmağa doğru irəliləməsinə bundan sonra da yardım etməyə hazır olduğunu təsdiqlədik”. O qeyd edib ki, Rusiya tərəfi Ermənistanla müttəfiqlik münasibətlərini və iki xalq arasında dərin əlaqələri yüksək qiymətləndirir: “Artıq dövlətlər arasında münasibətlərin bütün sahələrində çoxlu zəmin yaradılıb ki, bundan maksimum və ağıllı şəkildə istifadə etmək lazımdır. Biz əvvəlki kimi təhlükəsizlik sahəsini müttəfiqliyimizin ən mühüm ölçülərindən biri hesab edirik. Biz Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq”. Amma Lavrov Ermənistanın ərazi bütövlüyünə kimin xələl gətirə biləcəyini açıqlamayıb. Onun sözlərinə görə, Rusiya Ermənistanın enerji və ərzaq təhlükəsizliyinin etibarlı təminatçısıdır və bu sazişlər tam şəkildə qorunur. O, həmçinin əlavə edib ki, hökumətlərarası komissiyanın ritmik işi iki ölkənin hökumət strukturları və biznesi üçün istiqamət müəyyən edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə, bütün bunlara baxmayaraq, Lavrovun dediklərinin ölkəsi tərəfindən qəbul edilmədiyini dolayısı ilə bəyan edib. O bildirib ki, İrəvan Moskva ilə müttəfiqlik münasibətlərini yenidən formatlaşdırmaq niyyətində deyil. Nazir “İrəvanda Rusiya ilə müttəfiqlik münasibətlərini yenidən formatlamağa hazırlaşırlarmı” sualına cavab verərkən əlavə edib: “Biz öz təcrübəmizdən gördük ki, bu arxitektura işləmir, biz özümüz təhlükəsizlik sisteminin yenidən qurulmasına cəhd etməyə məcbur olmuşuq və bu proses davam edir”. Bununla yanaşı, nazir Ermənistan tərəfinin narahatlığını da gizlətməyib. O, nəzərdə tutulan mexanizm və tədbirlərin heç də həmişə işləmədiyini və ya müəyyən olunmuş qaydada işləmədiyini qeyd edib, həmçinin Ermənistanın KTMT-nin konkret hadisələrə reaksiyasından razı qalmadığını və həmin təşkilat çərçivəsində fəaliyyətini dondurduğunu vurğulayıb. Ümumiyyətlə, bir neçə ildir ki, Ermənistan-Rusiya münasibətləri gərgindir. Lavrovun səfəri də bu gərginliyi aradan qaldırmağa bəs etmir. Lavrovun əsas gündəmində Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması məsələsi dayanır. Ermənistan formal olaraq üçtərəfli komissiyada iştirak etsə də, prosesin gedişini əngəlləyir. Rusiya bu prosesdə aktiv iştirakını və Ermənistan ərazisindən keçəcək dəhlizlərdə rolunu qorumağa çalışır. Amma İrəvan buna da imkan vermir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ