Bugün İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM) təşəbbüsü ilə Kocaelində fəaliyyət göstərən 20 yaxın Sivil Toplum Örgütünün iştirakı ilə son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlarla bağlı konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Kocaeli Milli Quruluşlar Birliyinin sədri Yücel Alpay Demir Ermənistanın uzun illərdir davam edən işğal, terror, təxribat siyasətindən danışıb.
Daha sonra İSBAM sədri Samir Adıgözəlli son dövrdə Ermənistan tərəfindən şərti sərhəddə və Xankəndi ətrafında təxribat əməllərindən danışaraq aşağıdakıları bildirib:
"Erməni tərəfi son günlər şərti dövlət sərhəddi boyunca hərbi texnika və canlı qüvvə yığmaqla növbəti təxribata əl atmışdı. Bununla bərabər Ölkəmizin suveren ərazisində qondarma seçkiyə dəstək verməklə bölgədə yenidən vəziyyəti gərginləşdirmisdi .
Eləcə də günlərdir saxta humanitar böhran adı altında dünyada Ermənistan tərəfindən manipulyasiya etməyə cəhd göstərilir. Lakin Azərbaycan dövləti Ağdam Xankəndi yoluna qarşı çıxan Ermənistanın əsassız iddialarını, " "humanitar " şoularini arqumentlərlə alt - üst etmişdir."
Toplantıda iştirak edən Kocaeli Heydər Əliyev Kültür Evinin başqanı Bilal Dündar , Kültür Evinin ikinci başqanı Adnan Zanburkan, Güney mahallesi yardımlaşma Derneği Başkanı Oktay Yaşar, Halk kürsüleri Derneği Başkanı Ramazan Sevinç, Ardahanlılar dernek başkanı Alpay Aydəmir, Aydınlar ocağı başkanı Gürkan Uysal, Yesevi ocağı başkanı Eren Elmalı, Erdoğan Davut Çukurovalılar Derneği Başkanı Ərdoğan Davud, Niğdeliler Derneği Başkanı Cumali Bozok, Türkiye harp malulleri ve gazileri şehitleri ve yakınları Derneği Başkanı Şaban Arlı, Azərbaycan dərnəyi yönetim kurulu üzvü Alptekin Cevheri, Kocaeli Turizm dərnəyi başqanı Soner Kılıç və digərləri öz çıxışlarında Ermənistanın təxribatlarının qınayaraq, qardaş Azərbaycanın haqq işinin yanında sonuna qədər olduqlarını bəyan etdilər.
Konfransın sonunda Ermənistan tərəfinin təxribatlarını qınayan bəyanatla dünya ictimaiyyətinə çağırış edilib.
ZÜMRÜD