Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiya-Ermənistan münasibətləri bitdi – bölgəyə ABŞ gətirildi…

Image


Rusiyanın çoxsaylı xəbərdarlıq və narazılıqlarına baxmayaraq, Ermənistan bu ölkə ilə münasibətlərini əvvəlki qaydada qurmaq niyyətində deyil. Bunu  parlamentdə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvlərinin açıqlamaları da təsdiq edir.  Müdafiə Komissiyasının üzvü, keçmiş müdafiə nazirinin müavini Qaqik Melkonyan Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin səbəbləri barədə danışarkən olduqca maraqlı açıalmalar verib.

Onun dedilklərindən belə çıxır ki, İrəvan daha Moskva tərəfindən idarə olunmaq istəmir: “Rusiyada dövlətimizin əvvəlki kimi olmasını istəyirlər. Yəni bizim yerimizə Rusiya hakimiyyəti qərar verəcək. Amma biz istəyirik ki, ölkəmiz üçün özümüz qərarlar verək”. Bir daha xatırladaq ki, son zamanlar Ermənistanla onun strateji müttəfiqi Rusiya arasında münasibətlər kəskin şəkildə pisləşib. Ötən həftə Moskva Ermənistan səfirini Xarici İşlər Nazirliyinə çağıraraq, erməni-amerikan hərbi təlimlərindən və İrəvanın Rusiya lideri Vladimir Putinin Ermənistana gələcəyi təqdirdə həbsini nəzərdə tutan Roma Statutunu ratifikasiya etmək planlarından narazılığını ifadə edib. Rusiyanın Ukraynaya təcavüzü, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Ukraynaya humanitar yardımın göstərilməsi, Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı təhqir edən  açıqlama verməsi kontekstində səfir Vaqarşak Arutyunyana etiraz notası təqdim edilib. Bu gərginlik fonunda baş nazir Paşinyan ötən həftə ABŞ və İran da daxil olmaqla 5 ölkənin liderləri ilə telefon danışıqları apararaq Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib. Müttəfiq ölkənin lideri, Rusiya prezidenti Vladimir Putinlə mümkün söhbət barədə heç bir məlumat verilməyib ki, bu da Paşinyanın Putinə zəng etmədiyi qənaətini yaradır. Düzdür, Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində iddia edir ki,  Azərbaycan-Ermənistan şərti sərhəddində vəziyyətlə bağlı ilk zənglər Rusiya prezidenti Vladimir Putinə edilib və sərhəddəki durumdan xəbərdar edilib: “Bu zənglərin məqsədi vəziyyətdən xəbərdar olmayan və ya çox böyük ehtimalkı bəzi nüanslardan xəbərsiz olan tərəflərə məlumat ötürmək idi. Şübhəsiz ki, Rusiya Federasiyasiyasının prezidenti vəziyyət haqda məlumatlandırılıb”. Amma maraqlıdır ki, belə zəngin olması barədə nə Rusiya, nə də Ermənistan tərəfindən heç bir rəsmi məlumat verilməyib. Halbuki, Paşinyanın digər zəngləri barədə rəsmi məlumatlar var. Bu səbəbdən hesab edilir ki, əslində, Paşinyan yalan danışır. Nikol Paşinyan Ermənistanın Roma Statunun ratifikasiyası prosesindən də danışıb. O, bu prosesin Ermənistan-Rusiya münasibətlərinə qətiyyən aidiyyəti olmadığını vurğulayıb: “Təəssüf ki, Rusiya və Haaqa Cinayət Məhkəməsi kontekstində ratifikasiya prosesi pis vaxta təsadüf etdi. Bu proses heç də Ermənistan-Rusiya münasibətləri ilə bağlı deyil”. Xatırladaq ki, cari ilin martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunun ölkə Konstitusiyasına uyğunluğu barədə rəy verib. Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, sentyabrın 1-də bu sənədi ratifikasiya etmək üçün Ermənistan parlamentinə göndərilib. Ermənistan bu statutunu 2004-cü ildə imzalasa da ratifikasiya etməmişdi. Martın 17-də Haaqa məhkəməsi Vladimir Putinin Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə görə onun həbsinə order verib. Qaydaya görə, Roma Statutunu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar. Paşinyanın siyasi komandasının üzvü Qaqik Melkonyan bununla bağlı qeyd edib: “Parlamentdə Roma Statutu təsdiq olunacaq. Rusiyanın narazılığı əhəmiyyət kəsb etmir. Ola bilsin ki, indiki halda sərhəddəki vəziyyətlə bağlı da Rusiyaya müraciət etməyn əsası yoxdur. Məncə, buna səbəb odur ki, biz müraciət etmişik, lakin nə KTMT, nə də müttəfiq dövlətimiz cavab verməyib. Dedilər ki, bunlar sərhəd döyüşləridir. Onlarla əlaqə saxlamağın mənası yoxdur”.

Bu arada xatırladaq ki, Rusiya xarici işlər naziri  Sergey Lavrov Ermənistanda başlayan erməni-amerikan hərbi təlimləri ilə bağlı bir daha təəssüfləndiyini bildirib. Sergey Lavrov qeyd edib ki, İrəvanın KTMT hərbi təlimlərindən imtina etmək və öz ərazisində ABŞ-la birgə hərbi təlimlər keçirmək qərarı onu təəccübləndirib. Hökumətyönlü erməni deputat Qaqik Melkonyan buna da etiraz edərək bildirib ki, Lavrovun sözləri əsas götürülməməlidir, çünki Rusiya XİN rəhbəri heç vaxt ermənipərəst həll yolları təklif etmir: “O Lavrov daim ölkəmizi məhvə sürükləmək istəyir. Onun planlarını görmüsünüzmü? Necə deyə bilərsiniz ki, onlar ermənipərəstdirlər...”. Melkonyan bildirib ki, Ermənistan yeni dostlar axtarmalıdır. Onun sözlərinə görə, indiyə qədər Ermənistan həmişə Rusiyaya arxalanıb, bu arada Rusiya elə şərait yaradıb ki, ya ​​Rusiya, ya da Türkiyə olmalıdır: “Biz həmişə Rusiyanın xeyrinə seçim etmişik. Biz özümüzü sona qədər Rusiyaya həsr etdik. Amma axırda başqa ölkələr də var... Biz başqa ölkələrlə də dost olmalıyıq. İndi biz Hindistanla, Avropa ölkələri ilə, ABŞ-la, İranla dost olmağa başlayırıq”. Melkonyan Ermənistanda başlayan və Rusiyanın narahatlığını ifadə etdiyi erməni-amerikan hərbi təlimlərini necə dəyərləndirməsi ilə bağlı sualını da cavablandırıb. “Təlimləri kiminlə keçirəcəyimizə qərar veririk. Kiminlə qərar veririksə, onunla keçiririk. Qoy başqaları nə istəsələr, düşünsünlər”. “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov bunlar fonunda maraqlı fikirlər səsləndirib. O qeyd edib ki, Ermənistan açıq şəkildə Rusiya ilə münasibətləri gərginləşdirməyə doğru gedir. Təəssüf ki, bundan yaxşı heç nə çıxmayacaq: “Ermənistan öz müttəfiqindən uzaqlaşmağa və Ukrayna böhranında nümayiş etdirdiyi neytrallıqdan imtina etməyə qərar verib. Ermənistan bununla Moskvanın tərəfində olmadığını açıq şəkildə bəyan edir. Sonra isə daha artığı - Ermənistanda ABŞ-ın birgə “Qartal tərəfdaşlığı 2023” hərbi təlimi başlayır. Amma ilin əvvəlində Ermənistan öz ərazisində KTMT-nin planlaşdırılmış təliminin keçirilməsindən imtina etdi. Kreml narahat oldu. Bizim Xarici İşlər Nazirliyi çox uzun müddətdir ki, Ermənistanla münasibətdə etiraz notası ilə çıxış etməyib. Nə vaxtsa, belə bir şey heç olubmu? Etiraz notası səfirə təqdim olundu və Ermənistan parlamentinin spikeri Alen Simonyanın 6 sentyabrda Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın haqqında işlətdiyi təhqiramiz ifadələrin qəbuledilməz olduğu elan edildi. Bundan sonra hara kimi davam edəcək? Bu yolda Ermənistan üçün qələbə yoxdur. Paşinyan telefonla Blinkenlə danışıb. Ancaq amerikalılar Ermənistanı xəritədə tapacaq və ayaqlarını siləcəklər”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ