ABŞ Respublikaçılar Partiyası sərsəm açıqlama verib. Partiya çağırış edərək güya Qarabağda 120.000 insanın "soyqırım" təhlükəsi ilə üz-üzə olduğunu bildirib.
Birincisi, 120 min rəqəm məlumdur ki, şişirdilib, Xankəndi və ərtaf rayonlarda heç 40000 erməninin olması real deyil. İkincisinə gəldikdə, bütün günü Laçın sərhəd-keçid məntəqəsindən ermənilərin necə rahat, problemsiz keçib getdiyi videofaktlarla göstərilir, Ağdam-Əsgəran yolunda humanitar yardım TIR-larımız dayanıb gözləyir ki, Xankəndiyə ərzaq aparsın. Hansı soyıqımından söhbət gedir?
Qeyd edək ki, sentyabrın 8-də Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan Beynəlxalq Respublikaçılar İnstitutunun regional proqramlar üzrə direktoru Stefan Niksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Assambleyada verilən məlumata görə, qonaqları salamlayan Alen Simonyan Beynəlxalq Respublika İnstitutunun demokratik proseslərin dəstəklənməsinəö yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib, qurumun parlament əməkdaşlarının və parlament üzvlərinin davamlı təliminə yönəlmiş proqramları yüksək qiymətləndirib. komitələrin yaradılması və onların iş qabiliyyətinin artırılması. Bu kontekstdə Alen Simonyan əməkdaşlığın müddətini vurğulayıb və gələcək planları müzakirə etməyə hazır olduğunu bildirib.
Respublikaçılar Partiyasının Azərbaycanla bağlı belə qərəzli münasibət sərgiləməsində həmin partiyanın Ermənistan parlamentində keçirdiyi son görüşlərin nə kimi rolu var?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda Respublikaçılar arasında gərgin seçki mübarizəsi gedir: “ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından potensial namizəd Vivek Ramasvami bildirib ki, seçilsə sanksiyalara son qoyacaq və Rusiyanı dünya bazarına qaytaracaq. Bu yolla Rusiyanı Şərqi Asiyada Çin dizaynlarına strateji maneə kimi qaldıracağını bəyan edib.
O, bildirib ki, Ukraynanın işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanıyacaq.
Yeni sorğuya əsasən, keçmiş prezident Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlər siyahısında birinci yerdədir.
Qeyd olunub ki, potensial 10 elektoratın 4-ü Trampın namizədliyini dəstəkləyir.
Tramp öz partiyasından prezidentliyə ən yaxşı namizəddir, o, ən yaxın rəqibini 30%-dən çox qabaqlayır. Və bir çoxları Trampın geniş spektrli problemləri həll etmək üçün ən yaxşı namizəd olduğuna inanır. Belə bir gərgin atmosferdə Respublikaçıların Ermənistana səfəri və ardınca anti-Azərbaycan bəyanatı verməsi təsadüf deyil. Həmin partiyanın ümumi mövqeyini əks etdirmir. Partiyanın daxilindəki hansısa fraksiya bu üsulla ABŞ-da geniş maliyyə imkanlarına sahib olan erməni lobbisinin dəstəyini qazanmaq istəyir. Mən bunu partiya daxilindəki gərgin mübarizə ilə əlaqələndirirəm. Çünki, Respublikaçıların hakimiyyəti dönəmində ABŞ – Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olub. Belə həssas dönəmdə bizim ölkənin də əlaqədar strukturları Respublikaçılar Partiyası ilə təmasları gücləndirməlidir”.
Məhəmmədəli QƏRİBLİ