“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev Rusiya Prezidenti Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.
Politoloq öz Facebook səhifəsində bu barədə yazır:
Putinin Vladivostokda Şərq İqtisadi Forumunda bu günkü çıxışı ilə -
1. Moskva ilə İrəvanın bu günkü rəsmi hakimiyyəti sayılan Paşinyan arasında körpülər qırıldı.
2. Vətən müharibəsinə qədərki dövrdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Moskvanın dəhşətli və Azərbaycan üçün qəbuledilməz planının olduğu açıldı - Laçın, Kəlbəcər və Qarabağın Ermənistanın yurisdiksiyasında saxlanması şərtilə Azərbaycanla razılıq əldə edilməsi planı...
3. Qarabağın status məsələsinin artıq həll edildiyi Rusiya adından da etiraf və qəbul edildi…
4. Qarabağda yaşayan ermənilərlə əlaqədar məsələlər Ermənistanın indiki hakimiyyətinin siyasətinə aid məsələlər sırasından çıxarıldı ...
5. Rusiya Qarabağın erməni sakinləri ilə bağlı məsələni Azərbaycanla ikitərəfli əsaslarda müzakirə etməkdə maraqlı olduğunu göstərdi...
6. 10 noyabr 2020-ci il razılaşmasında Paşinyanın imzası faktiki etibarsız hala gətirildi.
7. Rusiya - Ermənistan strateji müttəfiqliyinə yenidən baxılması məsələsi ən azı Paşinyan hakimiyyətdə olduğu müddətdə qüvvədədir…
8.Rusiyanın ümumən Ermənistan dövləti ilə strateji müttəfiqliyi hələlik açıq saxlanılır...
Tahir TAĞIYEV