Bu gün - sentyabrın 9-da qondarma Xankəndi rejiminin qanunsuz və oyuncaq “prezidentinin seçkisindən" sonra bunu pisləyən bəzi beynəlxalq rəsmi reaksiyalarla tanış olduq.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Sual yaranır - bu qanunsuz və “seçki” adlandırılan şou fəaliyyət barədə neçə gündür ki, müzakirələr getdiyi halda, sözügedən beynəlxalq dairələr indi niyə reaksiya verir? Bu etirazlar qanunsuz “seçki” fəaliyyətlərindən əvvəl edilə və Azərbaycanın etirazlarına dəstək verilə bilməzdi? Əvvəldən edilsəydi, maksimum halda onun qarşısını almaq olardı, minimum halda isə ona qarşı beynəlxalq təpkilərin miqyasını genişləndirmək olardı…
İş işdən keçəndən sonrakı bəyanatlar isə...
Bizim məşhur el məsələmizdə deyilən kimi, "toydan sonra nağara" effekti...
Tahir TAĞIYEV