Qondarma separatçı rejimdə “seçki” adı aktında əslində qanunsuz bir şou-tədbirlə sadəcə bir "yan"ı o biri "yan"la əvəz etmədilər. Sadəcə Araik getdi, Samvel Şahramanyan gəldi məsələsi deyil bu .
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Öncədən, yəni 3 gün əvvəl yazdığım statusda dediyim kimi, Şahramanyanı gətirənlərin separatçıların qanunsuz, pozucu, təxribatçı və iddialı fəaliyyətlərini daha da gücləndirmək planları var. Bu da nəticələr və ilk təzahürlər. Şahramanyanın ilk bəyanatlarına baxın, hər şey aydın nümayiş olunur…
1. Dağlıq Qarabağ status almalıdır.
2. Dağlıq Qarabağ danışıqlarda subyekt olmalıdır.
3. Danışıqlar çoxtərəfli olmalıdır, ya ikitərəfli olacaqsa beynəlxalq vasitəçi ilə olmalıdır.
4. Başqa təminat yollarını istisna etməsək də, Laçın dəhliz kimi fəaliyyət göstərməlidir...
Bunların 4-ü də Azərbaycanın haqlı prinsiplərinə və bölgədə davamlı sülh səylərinə tam zidd və dağıdıcıdır...
Tahir TAĞIYEV