Azərbaycanın İsraillə, ya ABŞ-la normal və adi əməkdaşlıq məsələlərinə çox ağrılı reaksiya verən İranın Ermənistanda ABŞ-la 11 sentyabr birgə təlimlərinə sakit yanaşması təəccüblü deyilmi?
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
İranın Azərbaycana düşmən kimi baxdığını sübut edən növbəti fakt deyilmi bu?
İran Ermənistanın ABŞ-la hərbi təliminə sadəcə yumşaq bir bəyanatla reaksiya verdi. Bu gün İran prezidenti ilə Paşinyanın telefon danışığı olub və ardınca İran prezidentinin müavini "X" şəbəkəsində incik tonda bir status yazıb. Əslində prezident Rəisinin tapşırığı ilə yazdığına heç bir şübhə edilə bilməz. Prezidentin müavini Cəmşidi yazıb ki, regionda "3+3" formatından kənar xaricilərlə əməkdaşlıq, hərbi təlimlər, şübhəli səfərlər vəziyyəti çətinləşdirir və regionda hər hansı dəyişiklik bizim üçün qırmızı xətdir.
Bu təlimləri Azərbaycan etmiş olsaydı, İran yəqin artıq sərhədlərimizdə hərbi cavab təlimlərinə start vermiş olardı…
Allah M.Ə.Sabirə rəhmət eləsin.
Mindiyimiz kor yabıdan düşmərik, Yadlara qul, doğmalara düşmənik..
Tahir TAĞIYEV