Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan-Rusiya ziddiyyətləri "media müharibəsinə" döndü...

Image


Moskvanın narahatlığına və Ermənistan rəsmilərini sərt tənqid etməsinə baxmayaraq, İrəvan hələə də iki ölkə arasında münasibətlərində heç bir gərginliyin olmadığını iddia edir. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə diplomatik danışarkən bu xüsusda qeyd edib: ətrafında müzakirələr gedən fikir ayrılıqları var: “Gərginliklə bağlı iddiaları şərh etmək çətindir, bizim Rusiya ilə işgüzar münasibətlərimiz var və həmişə olduğu kimi, bizim bütün tərəfdaşlarla həmişə fikir ayrılığımız var, bu o demək deyil ki, bu, gərginlik kimi şərh edilə bilər”.

Bu arada Rusiya həm Roma Statutunun ratifikasiya prosesi, həm də erməni-amerikan hərbi təlimləri ilə bağlı narahatlığını ifadə etməkdə davam edir. Eyni zamanda, Ermənistan və Rusiyanın yüksək rütbəli məmurlarının bir-birinə cavab verdikləri diplomatik tərz getdikcə sərtləşir, təhqiramiz bəyanatlara qədər gedib çıxır. Bu vəziyyətə baxmayaraq, Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan iddia edir ki, Ermənistan-Rusiya münasibətlərində yeni heç nə baş vermir, sadəcə olaraq, strateji müttəfiq üçün Ermənistanın uzun müddətdir cavab ala bilmədiyi suallar var: “Mən münasibətləri gərginləşdirmək istəmirəm, amma deyirəm ki, faktlar qeydə alınır. Bu faktlar təkcə bu gün deyil, dünən də, əvvəlki aylarda da qeydə alınıb”. Gələn həftə başlayacaq erməni-amerikan hərbi təlimlərinə və bununla bağlı Rusiyanın narahatlığına toxunan Xandanyan vurğulayıb: “Ermənistan ərazisində erməni-amerikan hərbi təlimlərinin keçirilməsi qərarı Ermənistanın suveren qərarıdır. KTMT-nin üzvü olan Ermənistan heç bir halda öz suverenliyini itirmir, xüsusən də KTMT-nin Ermənistanda və Ermənistana münasibətdə iş üslubunu nəzərə alsaq. Mən başa düşürəm ki, müxtəlif tərəflərin narahatlığı ola bilər və narazılıq ifadə edə bilər, lakin bu, Ermənistanın suveren qərarıdır. Mən də hesab edirəm ki, bu həm də Ermənistan-Amerika münasibətlərinin dərinləşməsinin nəticəsidir”.  Bu arada ABŞ-ın Ermənistandakı səfirliyi bildirib ki, “biz hərbi qüvvələrimiz arasında hazırlığı təmin etmək və operativ qarşılıqlı əlaqəni daim təkmilləşdirmək üçün tərəfdaşlarımızla daim təlimlər keçirir və işləyirik”. “Sentyabrın 11-20-də Ermənistanda keçiriləcək erməni-amerikan hərbi təlimləri müstəqil Ermənistanın tarixində ilkdir, yoxsa NATO çərçivəsində keçirilən hərbi təlimləri nəzərə almasaq, başqa hərbi təlimlər olubmu” sualına səfirlik belə cavab verib: “Ermənistan ABŞ-ın çoxdankı tərəfdaşıdır və ABŞ Müdafiə Nazirliyinin Dövlət Tərəfdaşlığı Proqramı vasitəsilə 2003-cü ildən Kanzas Milli Qvardiyası ilə güclü tərəfdaşlıq edir. Amerika və erməni birləşmələri Ermənistanda, ABŞ-da və digər ölkələrdə birgə hərbi təlimlərdə iştirak edib və belə təlimlər Ermənistanda 2003, 2006 və 2008-ci illərdə keçirilib”. Buna baxmayaraq, qarşıdan gələn hərbi təlimlərlə bağlı məlumatlar rəsmi Moskvada narahatlıq yaradıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanın ABŞ-la birgə təlimlər keçirmək niyyəti narahatlıq doğurur. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə erməni-amerikan təlimlərini şərh edərkən deyib ki, Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin öz müttəfiqləri ilə təlimlər praktikasına riayət etməsini istəyir: “Rusiya Ermənistandakı müttəfiqlərinə ciddi şəkildə çatdırdı ki, onların ABŞ-la keçirdiyi təlimlər Moskvada narahatlıqla qarşılanır. Moskva KTMT ölkələri ilə təlimlər praktikasına riayət etməyin tərəfdarıdır”. 

Mövcud vəziyyətdə Ermənistanın KTMT-dən çıxmasının mümkün olub-olmaması ilə bağlı suala Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan cavab verib ki, hazırda Ermənistanın KTMT-dən çıxması prosesi getmir. Bununla yanaşı, Moskva Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasından da narahatlığını bildirib. Sarkis Xandanyan deyir ki, onun fikrincə, Ermənistan parlamenti Roma Statutunu ratifikasiya etməlidir. Üstəlik, hökumət bu sənədi heç bir qeyd-şərtsiz parlamentə göndərib: “Əgər siz nizamnaməni oxusanız, görərsiniz ki, burada, məsələn, son iki il ərzində, Azərbaycanla münaqişədə baş vermiş bir sıra hərbi cinayətlərdən bəhs olunur. Fikrimcə, bu nizamnamənin ratifikasiyası Ermənistan Respublikasının dövlət maraqlarından irəli gəlir və hesab edirəm ki, qeyd-şərt üçün heç bir əsas yoxdur”. Bir neçə gün əvvəl Moskva Ermənistan hökumətinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərməsi ilə bağlı İrəvandan açıqlama istəyib. Bu izahatların artıq Moskvaya verilib-verilmədiyi bəlli deyil. Bunlar fonunda daha bir qalmaqal Ermənistanda rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılmasıdır. Qeyd edilir ki, M.Badalyan, A.Gevorkyanla birlikdə daha beş nəfər odlu silahların qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıblar. İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan feysbukdakı səhifəsində yazıb ki, onlar Cinayət Məcəlləsinin qanunsuz olaraq silah əldə etmə, satma, saxlama, daşıma, çatdırma maddələri ilə saxlanılıblar. Faktla bağlı istintaq qrupu yaradılıb, istintaq tədbirləri davam etdirilir. “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov özünün teleqram kanalında Mika Badalyanın naməlum maskalı şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da vəziyyəti şərh edərək, bunun İrəvanda keçirilən Rusiya-Ermənistan media forumu ilə bağlı növbəti təxribat olduğunu bildirib: “Yatıb iki ölkə arasında münasibətləri necə pozacağını görənlərin təxribatı. Qərb isə buna çoxlu pul yatırıb. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik. Saxlanılanların taleyindən narahatıq, insidentin baş vermə şəraitini aydınlaşdırmaq üçün addımlar atacağıq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ