Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan XİN Ermənistanla sülh prosesinin ciddi təhlükə qarşısında qoyulduğunu bəyan etdi...

Image


8 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Brifinq zamanı aşağıdakı əsas məqamlar vurğulanıb:

  • Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ciddi çağırışlarla üzləşir;
  • Ermənistan tərəfinin müşahidə etdiyimiz davranışı 30 il ərzində bu ölkəyə xas olan danışıqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalardan geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq təcrübəsinin təkrarıdır;
  • Ermənistan ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etmək üçün mövcud bütün imkanların istifadəsi ilə bölgədə guya "blokada" və "humanitar böhran"ın mövcudluğu haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur;
  • Spesifik olaraq detallara varmazdan öncə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və ya BQXK kimi müxtəlif beynəlxalq aktorlar vasitəsilə aparılan bütün qarşılıqlı təmaslar zamanı Ermənistanın real danışıqlardan yayındığı, qeyri-səmimi davranış sərgilədiyi və öncədən əldə edilmiş bütün razılaşmalar və qarşılıqlı anlaşmalara zərbə vurduğu vurğulanmalıdır;
  • Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamaqdan ibarətdir. Bu məqsədlə, Ermənistan vaxt qazanmağa çalışır və danışıqların bütün istiqamətləri üzrə irəliləyişi təmin edə biləcək real addımlardan yayınır;
  • Erməni sakinlərin ehtiyaclarını ödəmək üçün Qarabağ bölgəsinə malların çatdırılması ilə bağlı yaranmış vəziyyət bunun bariz nümunəsidir. Müxtəlif üçüncü tərəflər vasitəsilə aparılan danışıqların xronologiyası bir şeyi, yəni Ermənistanın danışıqlar masasında həll yolları tapmaqda maraqlı olmadığını sübut edir:
  • Ermənistan Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün istifadə etdi. Bu istiqamətdə bizim heç bir çağırışımıza məhəl qoyulmadı və Azərbaycanın legitim və faktlara əsaslanan narahatlığını aradan qaldırmaq üçün heç bir tədbir görülmədi;
  • 23 aprel 2023-cü il tarixində Azərbaycan bu yoldan sui-istifadə hallarının qarşısının alınması, eyni zamanda sərhəddən hüquqi, şəffaf və tənzimlənən keçidin təmin edilməsi məqsədilə dövlət sərhədində sərhəd-buraxılış məntəqəsi təsis etdi. Bütün ittihamlara baxmayaraq, sərhəd-buraxılış məntəqəsi çox həssas şəraitdə nümunəvi şəkildə fəaliyyət göstərirdi;
  • Azərbaycan sərhəddən maneəsiz keçidin təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən gömrük və sərhəd xidmətləri arasında işçi təmasların yaradılması ilə bağlı Ermənistan tərəfinə dəfələrlə müraciətlər ünvanladı. Lakin, bu müraciətlərə münasibətdə heç bir qarşılıq nümayiş olunmadı;
  • Ermənistan isə Azərbaycanın öz sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etmək hüququna etirazlarına davam etdi, bu istiqamətdə Beynəlxalq Ədalət Məhkəməsi və digər instansiyalardan sui-istifadə etməyə çalışdı. Yerli erməni sakinlər tərəfindən sərhəd-buraxılış məntəqəsindən istifadənin intensivləşməsi fonunda bütün bu cəhdlərində uğursuzluğa düçar olmuş Ermənistan 15 iyun tarixində açıq hərbi təxribat törətdi. Bu təxribatla, sərhəd-buraxılış məntəqəsindən keçən sakinləri və əvvəlcədən planlaşdırılan tibbi evakuasiya əməliyyatı üçün yaxınlıqda olan BQXK əməkdaşlarını riskə atdı;
  • Bu təxribatdan sonra BQXK-nın avtomobillərindən qaçaqmalçılıq məqsədilə istifadəyə cəhd göstərildi. Bu fakt BQXK tərəfindən də təsdiqləndi;
  • Bu təxribatlara baxmayaraq, tibbi evakuasiya və digər təxirəsalınmaz məqsədlər üçün nəzarət-buraxılış məntəqəsindən keçid bu günə qədər davam edir. İyunun 15-dən BQXK bu istiqamətdə 27 əməliyyat keçirib, Ermənistanın 312 sakini 208 nəfərin müşayiəti ilə (ümumilikdə 520 nəfər) Ermənistana gedib, 380 nəfər isə müalicəsi başa çatdıqdan sonra Qarabağa qayıdıb. Bu əməliyyatlar zamanı hər iki istiqamətdə 425 BQXK nəqliyyat vasitəsinin keçidi qeydə alınıb. Qarabağa qayıdarkən onlar dərman, uşaq qidası kimi zəruri malları da özləri ilə gətirməkdədirlər. Beləliklə, iyunun 15-dən Qarabağa heç bir məhsulun ötürülməməsi iddiasının heç bir əsasının olmaması ilə yanaşı, sadəcə həqiqətə uyğun deyil;
  • Sərhəd-buraxılış məntəqəsindən keçidi asanlaşdırmağa davam etməklə yanaşı, Azərbaycan rəsmi olaraq, yerli sakinlərin ehtiyaclarını ödəmək üçün yüklərin çatdırılması məqsədilə digər yollardan istifadəni təklif etdi;
  • Bu təklif 15 iyul tarixində Şarl Mişelin iştirakı ilə keçirilən liderlər görüşü çərçivəsində də geniş müzakirə olunub. Təsadüfi deyil ki, bu məsələ cənab Mişelin görüşün yekunlarına dair bəyanatında da öz əksini tapıb;
  • 25 iyul tarixində Moskvada bir neçə yolun sinxron istifadəsi məsələsi xarici işlər nazirlərinin üçtərəfli görüşündə yenidən müzakirə mövzusu oldu. Bu, Rusiya tərəfinin təklif etdiyi formula idi. Azərbaycan bu variantı nəzərdən keçirməyə hazır olduğunu bildirərək yekunda öz razılığını verdi. Ermənistan isə konkret müzakirələrdən nümayişkaranə yayındı;
  • Bunun qarşılığında, Ermənistan ertəsi gün əvvəlcədən planlaşdırılan daha bir təxribata əl ataraq sərhədə "humanitar konvoy" göndərdi. Bu, beynəlxalq ictimai rəyi manipulyasiya etmək və bu istiqamətdə növbəti addımlar üçün zəmin yaratmaq məqsədilə törədilmiş açıq təxribat idi;
  • Rusiya Federasiyası, ABŞ və Avropa İttifaqı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından sinxron istifadənin həyata keçirilməsinin, habelə mərkəzi hökumətin xüsusi nümayəndəsinin yerli sakinlərlə görüşünün təşkili üçün müvafiq iş aparıldı;
  • Nəhayət, 4 avqust tarixində hər iki məsələ ilə bağlı razılıq əldə olundu. Bununla, sözügedən yolların ardıcıl şəkildə açılması və Yevlaxda görüşün təşkili məsələləri razılaşdırıldı. İştirak edən bütün maraqlı tərəflər, o cümlədən BQXK və sülhməramlı kontingent razılaşmaların həyata keçirilməsinin təşkilinə hazır idilər. Lakin son anda Ermənistan tərəfi siyasi motivli qanunsuz bəhanələr irəli sürərək hər iki razılaşmadan geri çəkildi;
  • Bunun ardınca, BMT Təhlükəsizlik Şurasının bu məsələyə müdaxiləsi üçün zəmin yaratmaq məqsədilə Ermənistan tərəfindən bütün dünyada aparılan qarayaxma kampaniyası intensivləşməyə başladı. Ermənistanın BMT TŞ-dən Azərbaycana qarşı addımları üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın gözləntilərinin əksinə, BMT TŞ-nin əksər üzvləri humanitar yardımın çatdırılmasının siyasiləşdirilməsinə qarşı çıxdı, bu cür yük daşımaların həyata keçirilməsi üçün bütün marşrutların açılmasına çağırdılar və birbaşa dialoqa ehtiyac olduğunu vurğuladılar;
  • Azərbaycan Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından sinxronlaşdırılmış istifadə formulasının həyata keçirilməsi üçün bütün tərəfdaşlarla qarşılıqlı fəaliyyətini davam etdirdi;
  • Bu yaxınlarda, ABŞ ilə yüksək səviyyəli təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsi bir daha ətraflı müzakirə edildi. Ermənistanın Amerika tərəfi vasitəsilə çatdırdığı narahatlığını nəzərə alaraq, Azərbaycan yolların ardıcıl açılması təklifini hər iki yolla yüklərin eyni vaxtda çatdırılması formasında dəyişdirməyə razılıq verdi. Amerika tərəfi bunu konstruktivliyin əlaməti kimi müsbət qəbul etdi. Müvafiq amerikalı həmkarlara bu mesajı aidiyyəti üzrə Ermənistan tərəfinə çatdırmaq və sövdələşmənin həyata keçirilməsi üzərində işləmək tapşırıldı. Lakin yenə də bu razılığın da həyata keçirilməsi reallaşdırıla bilmədi;
  • Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki yük maşını erməni sakinlərə un çatdırmaq üçün yerində gözləyir;
  • Azərbaycan məsələnin həlli üçün yol tapmaqda maraqlıdır və bunu öz xoşməramını, habelə vasitəçilik xidmətlərini təklif edən hər kəslə qurduğu səmimi qarşılıqlı əlaqəsi ilə sübut edib. Bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi öncədən əldə edilmiş razılaşmaları müxtəlif bəhanələrlə pozub. Əsl məqsəd isə vəziyyəti uzatmaq, gərginliyi süni şəkildə alovlandırmaq və nəticədə normallaşma prosesini pozmaqdan ibarətdir;
  • Ermənistanın vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi təqdim etməyə çalışmasının, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş utanmaz bir siyasi kampaniya olması tamamilə aydındır və bu heç bir şübhə doğurmamalıdır;
  • Vəziyyət humanitar məsələ olsa idi, həftələr öncədən bir neçə yolun sinxronlaşdırılmış istifadəsi təklifi əsasında həll edilə bilərdi. Qarabağ bölgəsinin erməni sakinlərinin humanitar ehtiyacları bəhanəsi ilə Ermənistan əslində bu insanları separatizm siyasətinin qurbanına çevirdi və hazırda dözümsüzlük və nifrətə əsaslanan fikirlərini yaymaqda davam edir;
  • Bu faktdır ki, Ermənistan BQXK-nın Azərbaycan Nümayəndəliyinin mandatının həyata keçirilməsində daim maneələr törədir;
  • Yüklərin çatdırılması məsələsi ilə bağlı vəziyyət Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi və siyasi təxribatları ilə eyni zamanda baş verir;
  • Ermənistanın təxminən 10 min nəfərlik silahlı qüvvələri Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunu davam etdirir. Onlarla tank və digər zirehli texnika, 200-dən çox ağır artilleriya silahı, o cümlədən reaktiv yaylım atəşi sistemləri, onlarla müxtəlif növ radioelektron mübarizə vasitələri, 200-ə yaxın minaatan hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yerləşdirilib;
  • Ermənistan öhdəliklərini pozaraq, bu qüvvələrin saxlanılması üçün texniki, hərbi, maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisində saxlanılan silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşir;
  • Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də Qarabağ bölgəsində hərbi quruculuq işlərinin artması ilə müşayiət olunan hərbi təxribatların daha da intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır;
  • Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəlki bəyanatına baxmayaraq, Ermənistanın baş naziri Azərbaycan ərazilərində qurulmuş qondarma quruluşunun yaradılmasının “ildönümü” münasibətilə qondarma "təbrik mesajı" verərək daha bir son dərəcə təxribatçı addım atdı;
  • Ermənistan baş naziri bir daha “erməni sakinlərin öz müqəddəratını təyinetmə hüququ"na istinad edərək, Ermənistanın bu sakinlərlə bağlı məsələlərə onların təhlükəsizliyi və hüquqları bəhanəsi altında müdaxiləyə davam edəcəyini təsdiqlədi; Beləliklə, o, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı əvvəlki bəyanatını mahiyyətcə heçə endirmiş oldu;
  • Xatırladaq ki, bu taktika Ermənistan tərəfindən 30 il ərzində Azərbaycan ərazilərinin işğalını davam etdirmək üçün istifadə edilib. Baş nazirin mesajı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsinin növbəti təsdiqindən başqa bir şey deyil, bu ölkə bütün mövcud vasitələrlə, o cümlədən siyasi, hərbi və maliyyə dəstəyi ilə ərazimizdə separatçılığın qızışdırılmasını dayandırmaq niyyətində deyil;
  • Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımasına baxmayaraq, bu ölkənin müxtəlif beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəlikləri yenə də qanunsuz rejim adından müxtəlif növ sənədlər yaymaqda davam edirlər;
  • Bu qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil;
  • Qeyd olunan Ermənistan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərir və beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir. Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir;
  • Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ