Həyasızlığın dərəcəsinə bax ki, Rusiya Dumasının MDB məsələləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin tutduğu vəzifənin belə məsuliyyətini, başqa dövləti təmsil etməsini nəzərə almadan deyir Paşiinyan sattqındı biz ermənilərin şərəfini xilas etməliyik:
“Xainlər xəyanət edəndə davranışlarında məntiqlidir, yoxsa yox? Xainlərin nöqteyi-nəzərindən məntiqlə hərəkət edirlər. Söhbət ondan gedir ki, Ermənistan xalqının və Ermənistanın maraqları ilə hazırda Ermənistana rəhbərlik edən Nikol Paşinyanın maraqları üst-üstə düşürmü? Onun 2020-ci ildən, yəni “Qarabağdan qurtulmamız lazım olduğu” qənaətinə gəldikdən sonra onun bütün ritorikası mənasızdır. O, Qarabağı kifayət qədər şüurlu şəkildə təslim edir. Bu xəyanət kimi görünür. Amma Paşinyan çıxış yolunu tapıb, günahı Rusiyanın üzərinə yıxır. Deyir ki, Rusiya Qarabağla məşğul olmalıdır. Lakin anlamır ki, onun bununla heç bir əlaqəsi yoxdur. Amma biz bədnam satqın Paşinyanın mövqeyinin arxasında gizlənməməliyik, öz şərəfimizi qorumalıyıq”.
“Yaxşı olardı ki, o, arada özünün olmayan şərəfi barədə düşünsün”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Ceyhun Məmmədovun fikrincə, Zatulinin bu cür sərsəm fikirlərlə çıxış etməsi “ənənə” halını alıb: “Son vaxtlar Zatulinin dili ilə Paşinyan hədəf alınır. Görünən odur ki, Paşinyanın son açıqlamaları Rusiyada çox ciddi qıcıq yaradıb. Xüsusən də onun İtaliya mətbuatına verdiyi müsahibədə səsləndirdiyi fikirlər onları çox narahat edir. Bu gün Ermənistan hakimiyyətinin və Paşinyanın hərəkətləri Rusiya tərəfindən bu ölkəyə yönəlik xəyanət kimi qiymətləndirilir. Halbuki, bu gün Ermənistan mövcudluğuna görə Rusiyaya borcludur. Ermənistan uzun illər Rusiyanın dəstəyinə güvənib. Ancaq artıq neçə müddətdir bu dövlət yeni havadarlar axtarışındadır. Açıq-aydın Rusiyaya qarşı təxribatlarla çıxış edir. Əslində bu, həm də onu göstərir ki, Ermənistan etibar ediləsi bir dövlət deyil. Hətta, zamanı gələndə ona dəstək olan dövlətə də qarşı çıxaraq bəyanatlar və açıqlamalar verə biləcək dövlətdir. Əslində Vətən müharibəsində Ermənistanı xilas edən Rusiya oldu. Bu gün Qarabağdakı ermənilərin də qarantı rolunda iştirak edən dövlət Rusiyadır. Ancaq Ermənistan isə öz xəyanətkar ideyasına sadiq qalaraq yenə Rusiyanın onların yerinə döyüşməyə borclu olduğu düşüncəsindədir. Çünki bu toplum tarixən ələbaxımlıq, hansısa dövlətin hamiliyi altında mövcud olmaq psixologiyası ilə yaşayıb. Ona görə də başverənlər Ermənistanın həqiqi mahiyyətini ortaya qoyur. Bunların necə rəzil psixologiyaya malik olduğunu göstərir. Ermənilərin nə qədər xəyanatkar, satqın olduğunu göstərir. Hesab edirəm ki, Rusiya bunu nəzərə almalıdır. Erməni lobbisindən bəslənən Zatulinin sərsəm fikirlərinə əhəmiyyət verməməlidir. Ermənilərin “şərəfini” qorumaq Zatulinin işi deyil. Yaxşı olardı ki, o, arada özünün olmayan şərəfi barədə düşünsün. Onun Rusiyada hakim partiyanın üzvü olduğunu nəzərə alsaq, belə açıqlamalar Rusiya Azərbaycan münasibətlərinə zərər vurur”.
Vidadi ORDAHALLI