Ermənistanın Goris şəhərində “Sputnik Armenia” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyan saxlanılıblar. Bu barədə “Sputnik Armenia” agentliyi məlumat yayıb.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hadisəyə öz münasibətini bildirərək qeyd edib ki, bu, İrəvanda Rusiya-Ermənistan mediaforumunun keçirilməsi ərəfəsində Qərbin növbəti təxribatıdır. M.Zaxarova bildirib ki, söz azadlığı şüarı ilə hakimiyyətə gələn Paşinyan hökumətinin jurnalistləri təqib etməsinə və informasiya yayımını bloklamasına inana bilmir.
Jurnalist və blogerin hansı səbəbdən saxlandığı hələlik məlum deyil.