Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan KTMT-dən çıxır - Qarabağda rus hərbçiləri ilə erməni birləşmələrini toqquşdurmaq planı…

Image


Məlum olduğu kimi gələn həftə İrəvanda Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək. Pentaqonun bu xüsusda yaydığı məlumatda qeyd edilir ki, Ermənistanda beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində 11-20 sentyabr tarixlərində Müdafiə Nazirliyinin “Zar” təlim mərkəzində “Eagle Partner 2023” birgə hərbi təlimləri keçiriləcək.

Qeyd olunur ki, təlimlərdə sülhməramlı tapşırıqların yerinə yetirilməsi zamanı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatlar işlənəcək. Eyni zamanda, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində təcrübə mübadiləsi aparılacaq.

Xatırladaq ki, bütün bunlar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirakından imtinası fonunda baş verir. Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edir ki, İrəvanın ABŞ-la hərbi təlimlər keçirmək planları Rusiyada ciddi narahatlıq doğurur: “Təlimlər təbii ki, xüsusən də indiki vəziyyətdə narahatlıq doğurur. Ona görə də biz bu xəbərləri dərindən təhlil edib, vəziyyəti izləyəcəyik”.  Rusiyalı siyasi ekspert Yevgeni Mixaylov isə bildirir ki, Emənistanla ABŞ-ın keçirəcəyi birgə təlimlər İrəvanın Moskvaya qarşı xəyanətidir. O qeyd edib ki, Ermənistanın bu qərarı Moskva ilə İrəvan arasında ikitərəfli münasibətlərə zərbədir: “Bu, Azərbaycan və Rusiyanın maraqlarını daha da yaxınlaşdırır. İki ölkə razılaşmalara dəqiq əməl edir və 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatı yerinə yetirirlər, Ermənistan isə buna əməl etmir”. Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov isə bildirib ki, Ermənistan lideri Nikol Paşinyan ABŞ ordusunu ölkəsinə dəvət etməklə Rusiyaya meydan oxudu: “Paşinyan həm Rusiyaya, həm də Azərbaycana meydan oxudu. O, ABŞ ordusunu Ermənistana dəvət edib. Hələlik təlimlərə... Xüsusilə Rusiya prezidentini təhqir etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur. Fransa indi Ermənistanın əsas müttəfiqidir. O, bunun əvəzini ödəyəcək. Qarabağ tamamilə öz doğma evinə qayıtmalıdır. Mümkündür ki, bu yaxın gələcəkdə baş versin. Görək sevimli Fransa Ermənistana necə kömək edəcək”. ABŞ-la birgə keçiriləcək təlimlərlə yanaşı, Rusiyanı narahat edən məqamlardan biri də odur ki, Ermənistan NATO-ya üzvlüyə də dəvət olunur. Amma bunun üçün İrəvanın KTMT-ni tərk etməsi də öəsas şərtlərdən biridir. Ermənistan isə davranışı ilə KTMT-ni tərk etməyə hazır görünür. Düzdür, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun Genişlənmə üzrə Avstriya Komitəsinin sədri Günter Fehlingerin Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatlarını böyük fantaziyalar adlandırıb. Qruşko bununla bağlı bildirib: “Bu, böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik". O vurğulayıb ki, Moskva və İrəvan hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər: “Bu, bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində biz bir-birimizə güvənirik. Mən əminəm ki, bu sabitlik bizim ikitərəfli münasibətlərimizdə gələcək illər üçün həlledici olacaq”. Amma Ermənistanda heç də Rusiyadakı kimi düşünmürlər. Bu barədə danışmazdan öncə qeyd edək ki, bir neçə gün əvvəl NATO-nun Genişlənmə üzrə Avstriya Komitəsinin sədri Günter Fehlinger Ermənistanı Alyansa qoşulmağa çağırıb. Bundan dərhal sonra Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ölkəsinin NATO ilə müxtəlif formatlarda əməkdaşlıq etdiyini və bu prosesi davam etdirməyə hazır olduğunu bildirib. Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirir ki, Ermənistanın Moskvaya istənilən xəyanəti mümkündür: “O səbəbdən Moskva İrəvanla siyasi çəkişmələrə girməməlidir. Biz artıq hər şeyi dedik. Nəhayət, özünüzə hörmət etməlisiniz. Əgər Ermənistanın baş naziri Nikol Paşinyan və onun yaxın ətrafı Rusiyaya qarşı kobudluq edirsə, ölkəmizi və onun məmurlarını təhqir edirsə, biz qeyd edirik və nəticə çıxarırıq”. Ekspert Ermənistan hakimiyyətinin mövcud siyasi kursu fonunda bir sıra proqnoz və tövsiyələrlə çıxış edib: “Moskva ilə Bakı, Tehran və Ankara arasında fövqəladə qapalı hərbi-siyasi məsləhətləşmələr zəruridir. Rusiya, Azərbaycan, İran və Türkiyə regionda, daha doğrusu  Ermənistan ərazisində ABŞ və Fransa hərbi bazalarının, eləcə də NATO və Aİ-yə üzv olan digər ölkələrin hərbi kontingentinin görünməsində qətiyyən maraqlı deyil. Ermənistan silahlı təxribatları, eləcə də Rusiya və Azərbaycanı münaqişəyə sövq etmək üçün Qarabağda Rusiya sülhməramlılarına qarşı separatçı qeyri-qanuni silahlı birləşmələrin təxribatları mümkündür. Vladimir Putin və İlham Əliyev lazım gələrsə, bu barədə mediaya məlumat vermədən müəyyən məsələləri şəxsən müzakirə edə bilərlər”.

Bununla yanaşı, ekspert qeyd edir ki, Rusiya Erməniləri İttifaqı İrəvana nümayəndə heyəti göndərərək Paşinyanla KTMT-dən çıxmaması və Amerika-Ermənistan hərbi təlimlərinin ləğv edilməsini tələb etmək üçün onunla şəxsi görüş tələb etməliidr: “Rusiya Erməniləri İttifaqı da bəyan etməlidir ki, o, Kremlin siyasətini tam və hərtərəfli dəstəkləyir, bu təşkilatın üzvləri üçün Rusiyanın maraqları birinci, üçüncü dövlətlərin maraqları ikinci dərəcəlidir. Fransa və ABŞ-ın erməni diasporları Rusiyaya qarşı dost olmayan subyektlərdir. Ermənistanın KTMT-dən çıxması və Moskva ilə müttəfiq əlaqələri dayandırması ilə bağlı Paşinyanın mümkün bəyanatında siyasi və hərbi addımlar məntiqini hazırlamaq... Mümkün mənfi təsirləri minimuma endirmək üçün bunu indi etmək lazımdır. Paşinyanın arxasında duran Qərb marionetlərinin sanksiyalar kontekstində Şimal-Cənub dəhlizinin dayanıqlı fəaliyyətini pozmaq və Cənubi Qafqazı müharibəyə sürükləmək kimi məqsədini anlamaq üçün soyuqqanlılığı və təmkinliyi qoruyub saxlamaq”. Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko da qeyd edir ki, Nikol Paşinyan Rusiyanın səbrini sınamağa başlayır. Onun sözlərinə görə, Ermənistanın ABŞ-la birgə təlimlər keçirmək planları nümayişkaranə bir addımdır və İrəvanın Qərbə istiqamətlənməyə çalışdığını göstərir. Bezpalko qeyd edib ki, Paşinyan ölkəsi ilə Rusiya arasında müttəfiqlik münasibətləri fonunda qəbuledilməz olan bir sıra nümayişkaranə addımlar atır və bununla da Rusiyanın səbrini sınamağa başlayır. Atılan addımlar da öz növbəsində Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri pozmaq istədiyinin əyani sübutudur. Rusiyalı politoloqun fikrincə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi riski var.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ