Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistanda KTMT təlimləri bitdi, ABŞ təlimlərinin dövrü başlayır

Image


Son günlərdə  Ermənistan silahlı qüvvələrinin bölmələrinin şərti sərhəd zonasının müxtəlif istiqamətlərində  Azərbaycan ordusunun mövqelərini atəşə tutması halları xeyli artıb. Ordumuzun bölmələri tərəfindən hər belə halda konkret cavab tədbirləri görülür. İndi Ermənistanda narahatlıq artır ki, Azərbaycan ordusu tərəfindən görülən cavab tədbirləri ermənilərə baha başa gələcək.

Eyni zamanda etiraf edilir ki, bu dəfə onlara nə ruslar, nə fransızlar, nə də başqaları kömək etməyəcək.  Erməni hərbi ekspert Hayk Nahapetyan bildirir ki, bunlar rəsmi İrəvanın siyasətinin nəticələridir: “Nikol Paşinyan nəhayət ki, KTMT və Rusiyadan hərbi yardım almaq və vətənimizin sərhədlərini birlikdə müdafiə etmək təklifini bağlayıb. Keçən il KTMT sammiti zamanı Ermənistana KTMT-dən hərbi yardım paketi təklif edilmişdi, bu paketə hərbi və hərbi-texniki əməkdaşlıq,  Ermənistan-Azərbaycan sərhədində müşahidəçilərin yerləşdirilməsi daxildir. Amma Paşinyan bundan imtina etdi, müvafiq sənədi imzalamadı. Bundan sonra Mariya Zaxarova 5 dəfə bəyan edib ki, konsensusun olduğu halda KTMT yenidən bütün Ermənistan-Azərbaycan sərhədi boyunca sülhməramlı qüvvələrini yerləşdirməyə hazırdır. Lakin İrəvan bunu etmir.  Bu, o deməkdir ki, indi Azərbaycanla sərhəddə daynanan ordu hissələri toqquşma zamanı məhv ediləcək,. Amma  sülhməramlı qoşunların funksiyası, silahlanması və peşəkar hazırlığı ölçülə bilməz və  KTMT üzvü olan 5 dövlətin sülhməramlılarının sərhədə silah və bayraqlarla dayanması özlüyündə bir göstərici ola bilərdi. İkincisi, Ermənistan iki dəfə burada KTMT hərbi təlimləri keçirməkdən imtina edib. Yəni aylarla davam edə biləcək bu təlimlər də daxil olmaqla, hərbi təlimlər zamanı bura on minlərlə hərbçi gələ bilərdi. Bundan başqa, İran İslam Respublikasının hərbi hissələri də hərbi təlimlərdə iştirak edə bilər. Ermənistan həmçinin iki dəfə öz hərbi birləşmələrinin KTMT-nin digər ölkələrinin ərazilərində keçirilən hərbi təlimlərdə iştirakından imtina edib. Bu, o deməkdir ki, ölkəmiz buna hazır deyil. Azərbaycan ildə 10-dan çox hərbi təlim keçirir”. Ekspertin fikrincə, sərhəddə atışmalar davam edərsə, Azərbaycan hərbi texnika və şəxsi heyəti sərhədə çəkə bilər: “Bu halda onlar ən azı 13-14 sentyabr tarixlərində ssenari üzrə hərəkətə keçə bilər, o cümlədən Naxçıvanla sərhəddə, bizim bir çox yerdə üstünlüklərimiz var, azərbaycanlılar bu üstünlüyü neytrallaşdırmağa çalışacaqlar. Xüsusilə Paşinyanın İtaliya mətbuatına son müsahibəsində verdiyi mövqeyi nəzərə alsaq, hərbi əməliyyatların baş verməsi ehtimalı artır. O, yumşaq desək, ruslara dedi: “Siz gedə bilərsiniz, siz yoldasınız, yanlış təhlükəsizlik arxitekturası seçilib”. Ruslar bunu həzm etməyəcəklər”. Əslində, rus ekspertlərinin açıqlamaları da Hayk Nahapetyanın Rusiya-Ermənistan münasibətlərinə dair dediklərinin reallıqdan uzaq olmadığını göstərir. MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov qeyd edir ki, Nikol Paşinyan Ermənistan cəmiyyətində ona qarşı olan narazılığa görə Rusiyadan “ildırım sipəri” kimi istifadə edir.

Ekspert qeyd edib ki, Nikol Paşinyana “ildırım sipəri” lazımdır: “Ermənistan cəmiyyətində ona qarşı yığılan mənfi enerjini yönəltmək istədiyi “ildırım sipəri” Rusiya şəklindədir”. Analitik izah edib ki, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan faktiki olaraq Qarabağ üzrə danışıqlar prosesini sıfırlayıb: “O, uduzub və Minsk qrupu çərçivəsində danışıqlar barədə heç nə deyilməyən bəyanatı imzalamağa məcbur olub”. "Valday" Beynəlxalq diskussiya klubunun İnkişaf və Dəstək Fondu Şurasının sədri Andrey Bıstritski Paşinyanın ritorikasını təhlükəli adlandıraraq qeyd edib ki, o, dünya ictimaiyyətini manipulyasiya etməyə cəhd göstərir. Həmçinin əlavə edib ki, Ermənistan elitası nəhəng beynəlxalq əlaqələrə malikdir və özünün maraqlarını müdafiə etmək üçün qarşılıqlı şəkildə bir-birini rədd edən siyasi qüvvələr arasında olduqca ziddiyyətli bir balans tapmağa çalışır: “Bu, orada vahid xəttin mövcud olmadığından xəbər verir. Bu ikimənalı ritorika İrəvanın həyata keçirməyi planlaşdırdığı real siyasətdən ciddi fərqlənir. Müvafiq bəyanatların Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vəziyyətə mənfi təsirini istisna etmək olmaz. Erməni ritorikasında təhlükəli qeyri-ciddilik təəssüf ki, həqiqətən respublikanın həyatında və birbaşa yerlərdə vəziyyət üçün təhlükəli və əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər". Maraq doğuran hal odur ki, Rusiya ilə təlimlərdən imtina edən Ermənistan Qərblə münasibətdə fərqli mövqe sərgiləyir. Belə ki, Ermənistan ABŞ-la birgə təlimlər keçirəcək. Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək. Ölkənin Müdafiə Nazirliyi bu xüsusda qeyd edir: “Sentyabrın 11-dən 20-dək Ermənistanda, xüsusilə də Müdafiə Nazirliyinin N saylı sülhməramlı briqadasının “Zar” təlim mərkəzində və beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində "EAGLE PARTNER-2023" adlı birgə təlimlər keçiriləcək”.İdarənin məlumatında qeyd olunur ki, təlimlərin məqsədi sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının “Əməliyyat İmkanları Konsepsiyası”nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır. Rusların bütün bunları xoş qarşılayacağı isə qətiyyən inandırıcı görünmür. Bu səbəbdən Ermənista Azərbaycanla yenidən münaqişəyə girsə, çətin ki, bu dəfə ruslar yardıma gəlsin.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ