Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiya və Ermənistan dövlət xadimlərinin söz dueli kəskinləşdi...

Image


İrəvanla Moskva arasında onsuz da gərgin olan münasibətlər özünün yeni mərhələsinə qədəm qoyur. Elə bu fonda son bir neçə gündə ikitərəfli ittihamlar daha çox eşidilir. Rəsmi Moskva artıq birbaşa olaraq Rusiya prezidentinin mətbuat katibi səviyyəsində Ermənistanın baş nazirinin Rusiya sülhməramlılarının onlara həvalə edilmiş missiyanı yerinə yetirməməsi və Kremlin regionu tərk etməsi barədə bəyanatına reaksiya verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Nikol  Paşinyanın bəyanatları, o cümlədən Qarabağda sülhməramlı missiyanın uğursuzluğu ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşmır: “Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz. Və unutmayaq ki, Rusiyada yaşayan ermənilər faktiki olaraq Ermənistanda olduğundan daha çoxdur, onların əksəriyyəti ölkəmizin, Rusiya Federasiyasının tamamilə nümunəvi və vətənpərvər vətəndaşlarıdır”.

Kreml sözçüsü bildirib ki, Rusiya regionda vəziyyətin sabitləşməsi və münaqişələrin həllində ardıcıl və çox mühüm rol oynamaqda davam edir və Moskva bu rolu davam etdirəcək. Eyni zamanda, Peskov regionun bütün dövlətlərinin 2020-ci il üçtərəfli sazişlərə sadiq qalmasını vacib hesab edib. Digər tərəfdən isə Moskva yaranmış vəziyyətə görə Paşinyan hökumətini günahlandırır və bunun Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsi olduğunu bildirir. Bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Ermənistan hakimiyyətini, xüsusən də baş naziri açıq şəkildə sərt tənqid etmək fürsətini əldən verməyib. Moskvanın rəsmi nümayəndəsinin qəzəbinə səbəb Nikol Paşinyanın “təhlükəsizlik sahəsində yalnız bir yerdən asılı olmaq və ya ona bağlı olmaq özlüyündə strateji səhvdir” deməsi olub. Zaxarova keçirdiyi brifinqdə Paşinyanı öz məsuliyyətini kiminsə üzərinə yıxmamağa çağırıb: “Ermənistan baş naziri tərəfindən son günlər çox şeylər deyilib. Düşünürəm ki, bütün bu bəyanatları yekunlaşdırsaq, deyə bilərik ki, öz addımlarınıza cavab verməlisiz, gühahkarlar axtarmalı deyilsiz. Məsuliyyət daşımaq lazımdır. Öz məsuliyyətinizi kiminsə üzərinə yıxmamalısınız. Ona görə də, siyasətçinin, dövlət xadiminin, yoldan keçən adamdan, öz ölkəsinin milli maraqlarını düşünməyəndən fərqi var. Bir daha qeyd edirəm ki, öz addımlarına görə cavab vermək qabiliyyətinə malik olmaq lazımdır. Əks təqdirdə, bu bir az “pis rəqqasın hekayəsi”nə bənzəyir”. Ermənistan rəsmilərinin Rusiya əleyhinə səsləndirdiyi bəyanatlara münasibət bildirərkən Mariya Zaxarova bunun qəbuledilməz olduğunu da vurğulayıb: “Ermənistan rəsmiləri Rusiyanın sayəsində nə qədər erməninin xilas olduğunu çox yaxşı bilirlər. Bu cür bəyanatları verənlər bəyəm bilmirlər ki, nə qədər Ermənistan vətəndaşını Moskvanın sayəsində xilas etmək mümkün olub? Bu, bəyəm belə deyil? Bəyəm bu barədə Ermənistanda bilmirlər? Əlbəttə ki, bilirlər. Bəs, onda indi bu, nəyə görə unudulur? Bütün bunlar onilliklər ərzində baş verib. Regionda çoxlu sayda baş vermiş gərginliyi məhz Moskva və birbaşa bizim ölkəmizin prezidenti Vladimir Putin tərəfindən söndürmək mümkün olub. Nə əcəb İrəvanda bunu bilmirlər?! Əlbəttə ki, bilirlər. Bəs, onda niyə görə onlar belə bəyanatlar səsləndirirlər?! Onlar tarixi yenidən yazmaq istəyirlər? Bu, alınmayacaq. Ona görə ki erməni xalqı öz tarixini çox yaxşı bilir. Həm yeni, həm də əsrlik tarixini... Bizim ölkənin erməni xalqının və Ermənistanın taleyindəki rolunu da çox yaxşı bilir”.

O, Laçın yolu ilə bağlı da erməni tərəfinin ittihamlarına cavab verib. Qeyd edib ki, Rusiya Ağdam-Xankəndi marşrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəfdarıdır. Onun sözlərinə görə, məlum məsələ Rusiya XİN-in Azərbaycan-Ermənistan normallaşması üsrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan səfərində ətraflı müzakirə olunub: “Bu günlərdə o Bakıdadır. Onun azərbaycanlı tərəfdaşlarımızla müvafiq məsləhətləşmələri planlaşdırılıb. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları əsasında hərəkət edirik. Biz humanitar yardımın maneəsiz olaraq həm Laçın, həm də Ağdam marşrutu ilə regiona çatdırılmasının tərəfdarıyıq və məlum məsələnin lazımsız siyasiləşdirilməməsinə çağırırıq”. Buna paralel olaraq Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hökumətinin Roma statutunu parlamentə ratifikasiya üçün göndərməsinə münasibət bildirib. Mariya Zaxarova rəsmi İrəvanın bu addımının Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcəyi ilə bağlı suala cavab verib, bildirib ki, Rusiya Ermənistan tərəfindən bu haqda izahat istəyib: “İrəvanın təqdim edəcəyi cavabın məzmunundan çıxış edərək gələcək addımlarımızı müəyyən edəcəyik”. Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Rusiya prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb. Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə, İrəvan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etmək öhdəliyi götürür. Bu isə o deməkdir ki, Putin Ermənistana səfər edərsə, həbs olunaraq aidiyyəti üzrə təhvil verilməlidir. Bununla yanaşı, Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onun dediklərini absurd adlandırmasına münasibət bildirib: “Bəs, mənim Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması haqda sözlərimi o, necə adlandırıb? Bu birincisi, o da sualdır. İkincisi isə, mənə elə gəlir ki, bu publik ritorika kobudluğa bənzəyir, Ermənistanın siyasi xadimlərinə yaraşmır. Əgər onlar ekspertlər səviyyəsində, siyasi səviyyədə danışmaq istəyirlərsə, bizim Ermənistanla bütün istiqamətlər üzrə yaxşı kanallarımız var. Mən başa düşürəm, Ermənistanda hər kəsin rolu əvvəlcədən yazılıb. Kim nə deməlidi, necə deməlidir. Lakin mən hesab edirəm ki, bu, Ermənistan cəmiyyətini təmsil edən insanlara başucalığı gətirmir, hansı ki, bu cür ifadələrdən istifadə edir. Biz isə bunları son zamanlar çox eşidirik”. Xatırladaq ki, daha əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni İTV-sinə müsahibəsində Zaxarovanın  Laçın ylundakı hazırkı vəziyyətin Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsi barədə dediklərini absurd adlandırıb, amma özü də çox absurd mövqe sərgiləyib. Deyib ki, təkcə İrəvan yox, Rusiya tərəfi də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bunu Putin müharibədən sonrakı müsahibəsində dilə gətirib. Beləliklə,  İrəvanla Moskva arasında gərginlik artıq rəsmi müstəvidə də özünü qabarıq büruzə verir. Rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert Vitali Arkov  qeyd edir ki, əslində, indi Ermənistan Qərblə oynayır və fikirləşir ki, Qərbin köməyi ilə İkinci Qarabağ müharibəsindən sonra yaranmış şərtləri üstələmək mümkün olar:  “Müqaviləni ləğv etmək istəyir. Ona görə də Ermənistan Azərbaycana beynəlxalq təzyiqləri artırmaq üçün əlavə olaraq “təhlükəsiz oynamaq” və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu mexanizmindən istifadə etmək qərarına gəlib. Amma İrəvan odla oynayır. Qarşılarına utopik məqsədlər qoyurlar, Qarabağın bir hissəsini Ermənistana saxlamaq istəyirlər. Amma finalda Qarabağı tamamilə itirəcəklər, Ermənistanın buna necə yaxınlaşdığını görürük”. Ekspertin fikrincə, Paşinyanın antirusiya bəyanatlarında məqsəd Qərblə eyni oyundur: “Aydın məsələdir ki, Paşinyan Qarabağda rusların əvəzinə fransız sülhməramlıları görmək istərdi, amma cənab Əliyevə orada onlar lazım deyil. Yeri gəlmişkən, radikal separatçılarla sülhməramlılar arasında toqquşmalar Paşinyanın vəziyyətə nəzarət etmədiyinin, Qarabağda Rusiyaya qarşı təxribatlar təşkil etməyə meylli qüvvələrin çox olduğunun göstəricisidir. Qalmaqallı insident zamanı Rusiya sülhməramlıları təmkinli davrandılar ki, ermənilər bunu manipulyasiya edib hadisəni Qarabağın mülki əhalisinə hücum kimi şərh etməyə imkan tapmasınlar”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ