Sentyabrın 5-də İSBAM sədri Samir Adıgözəlli Türkiyənin Çorum Bələdiyyə başqanı Dr.Halil ibrahim Aşkın bəylə görüşüb. Bu barədə baki-xeber.com-a S. Adıgözəlli məlumat verib.
"Səmimi və xoş söhbət əsnasında keçirilən görüşdə Azərbaycan Türkiyə münasibətləri, Çorumda keçirilməsi nəzərdə tutulan tədbirlərimiz ətrafında fikir mübadiləsi aparıldı" - deyə qeyd edən S. Adıgözəlli vurğuladı ki, o, söhbət zamanı bələdiyyə başqanından Çorumda bir parka və prospektə azad edilmiş şəhərlərimizdən Füzulinin adının verilməsini xahiş edib.
"Hörmətli Bələdiyyə başqanı təklifimi məmnuniyyətlə qarşılayaraq, bu barədə Bələdiyyə Məclisində qərar qəbul edəcəklərinə söz verdi" - deyə bildirən Adıgözəlli qeyd etdi ki, səmimi qəbula və təşəbbüsümüzü müsbət qiymətləndirdiyinə görə dr. Halil İbrahim bəyə təşəkkür edib.
Namiq QULİYEV