Bazar ertəsi günü, 07 sentyabr 2026
     

“BBC-ni erməni separatizminin təbliğinə sövq edən nədir?” - Vüqar Rəhimzadə

Image


Bu ilin iyul ayında 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliklərinin, 12 beynəlxalq təşkilat və media qurumunun, həmçinin 60 yerli media rəhbərinin, nümayəndəsinin iştirak etdikləri Şuşa Qlobal Media Forumu işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün növbəti tribuna oldu.

Dövlətimizin başçısı İlham Əliyevin “Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz. Biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik. Biz hər şeyi düzgün etmişik” açıqlaması ölkəmizə qarşı qərəzli təbliğat aparan, həqiqətləri inkar etməklə Ermənistana dəstək missiyasını yerinə yetirən dövlətlərə, onları təmsil edən mətbu orqanlara tutarlı cavab oldu. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq həqiqətdən uzaq fikirlərin yer aldığı, həmçinin bu və ya digər dövlətin daxili işinə müdaxilə xarakterli materialların dərcinə, verilişlərin hazırlanmasına yol verilməməlidir. Məlum olduğu kimi, qərəzsiz, obyektiv məlumatların ictimaiyyətə təqdim edilməsi mətbuatın əsas missiyasıdır. Bu vəzifələrdən kənar cərəyan edən proseslər həmin mətbu orqanın nüfuzuna kölgə salmaya bilməz. Bu baxımdan Böyük Britaniyanın nüfuzlu media orqanı olan BBC-nin Qarabağla bağlı hazırladığı veriliş Azərbaycan ictimaiyyəti tərəfindən böyük hiddətlə qarşılanıb. Verilişdə iki erməni Qarabağdakı hadisələrlə bağlı danışır. Birtərəflilik əsasında hazırlanan veriliş qərəzin və ədalətsizliyin təqdimatıdır.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, ümumilikdə son vaxtlar BBC telekanalı, o cümlədən bu media qurumunun Azərbaycan xidməti tərəfindən Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli, həqiqətdən uzaq iddialar irəli sürülür. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir. Bu media orqanının yayımladığı veriliş, müəllifin, ümumilikdə isə BBC-nin qərəzini, hadisələrin gərginləşməsində nə qədər maraqlı olduğunu, bu yanaşması ilə Ermənistana yaxınlığını aydın şəkildə nümayiş etdirir.

Baş redaktor onu da qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Azərbaycanda yaşayan bütün etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. Nə üçün hansısa etnik qrup bu fonda fərqlənməlidir? Azərbaycan əleyhinə təbliğat aparan BBC-nin əsas məqsədi ölkəmizin imicinə zərbə vurmaq, separatçı rejimə dəstək olmaqdır.

Vüqar Rəhimzadə bildirib ki, son illərdə atılan qarşılıqlı addımlar Böyük Britaniya ilə Azərbaycan arasında hazırkı mərhələdə strateji tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir. Bir dövləti təmsil edən mətbu orqan ölkələr arasında münasibətlərə xələl gətirməli deyil, əlaqələrin daha da möhkəmlənməsinə yönələn addımlara diqqət yetirməlidir. Təbii ki, burada medianın qarşısında dayanan prinsiplər unudulmamalıdır. Bu günün əsas tələbi BBC-nin erməni separatizminin təbliğinə son qoymasıdır.

Baş redaktor diqqəti Azərbaycan Mətbuat Şurasının bununla bağlı bəyanatında yer alan fikirlərə də yönəldib. Qeyd edib ki, BBC-nin belə dəst-xətti jurnalistika prinsiplərinə aşkar sayğısızlıqdır, sivil media dəyərlərinə həqarətdir. Azərbaycan cəmiyyəti hesab edir ki, jurnalistika manipulyativ missiya daşımamalı, azad sözün imkanlarından sui-istifadə yolu tutmamalıdır. BBC və onun Azərbaycan xidməti bu tələbə əhəmiyyətsiz yanaşır, Qarabağdakı separatçılardan qalma tör-töküntülərə tribuna verir, onların söylədiklərini böyük canfəşanlıqla yayımlayır, nəticə etibarilə qeyri-obyektiv davranaraq, əsl həqiqətləri arxa plana keçirir. BBC-nin bu istiqamətdə yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. BBC-nin müstəqil Azərbaycanın reallıqlarına hazırkı yanaşması arzuolunmazdır. Sözügedən media orqanını erməni separatizminin təbliğinə sövq edən nədir? BBC bu hərəkətləri ilə bir qrup erməni daşnaklarının və anti-Azərbaycan qüvvələrin əlində alət olduğunu əməli ilə təsdiqləyir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

06.09.2026 / 22:45
Overçuk Aİ-nin Ermənistana yardımını Rusiya bazarı ilə müqayisədə heç saydı - bizi əvəz edə bilmədilər...

06.09.2026 / 22:07
Netanyahu söz verdi - "İran rejimini devirəcəyik, sonu yaxındır"...

06.09.2026 / 21:35
Kuşner Putinlə danışıqların təfərrüatlarını açıqladı – üçtərəfli görüş keçirilə bilər…

06.09.2026 / 21:10
Kiyevdə Zelenski-Uitkoff-Kuşner danışıqlarına üç Aİ ölkəsi də qoşuldu – təfərrüatlar açıqlandı…

06.09.2026 / 20:28
ABŞ-ın İranla müharibəsi "əbədi müharibəyə" çevrilə bilər - Pentaqonun keçmiş rəhbərindən Trampa xəbərdarlıq...

06.09.2026 / 20:05
Kremldən III Dünya Müharibəsi xəbərdarlığı… Lavrov Berlinin addımlarını Nasist Almaniyası ilə müqayisə etdi - bizə müharibə elan edəcəklər…

06.09.2026 / 19:31
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib

06.09.2026 / 18:15
Sahibə Qafarovanın ABŞ-a səfəri başladı...

06.09.2026 / 17:22
Ruslar Trampın elçilərinin Kiyevə təyyarə ilə getməsinə imkan vermədilər…

06.09.2026 / 16:38
İran Hörmüz boğazına girməyə çalışan ABŞ pilotsuz qayığını vurdu…

06.09.2026 / 16:10
Trampın nümayəndələri ilk dəfə Kiyevdə…. Zelenski Uitkoff və Kuşnerlə görüşdü…

06.09.2026 / 15:15
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - FOTO

06.09.2026 / 14:12
Rusiya Ukraynadakı ÜST anbarlarını da bombalayır – ancaq təşkilat təcavüzkarın adını çəkməkdən yayınır…

06.09.2026 / 13:40
“Rusiya və Ukrayna iqtisadiyyatı məhv olacaq, müharibəni dayandırmalıyıq” - Zelenskinin müşaviri xəbərdarlıq etdi…

06.09.2026 / 12:14
Ukrayna Ryazanda neft emalı zavodunu vurdu…

06.09.2026 / 11:36
"Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb" - Prezident

06.09.2026 / 11:33
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb

06.09.2026 / 11:22
İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan gəmiləri vurmaqla hədələdi...

06.09.2026 / 11:04
Trampın elçilərinin Moskva danışıqlarının bəzi detalları açıqlandı...

06.09.2026 / 10:23
Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

06.09.2026 / 10:11
Ağdamda traktor minaya düşdü, sürücü yaralandı - YENİLƏNDİ

06.09.2026 / 09:36
İran ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisini vurdu…

06.09.2026 / 00:26
Kremldə üç saatdan çox davam edən Putin-Uitkoff-Kuşner danışıqları başa çatdı... - YENİLƏNDİ

05.09.2026 / 22:12
Everest buzlaqlarını əridən… alpinistlərin sidiyi imiş… İlginc…

05.09.2026 / 21:36
“Sputnik Armenia”dan Azərbaycanla aranı qatmaq üçün təxribatçı xəbər...

05.09.2026 / 20:34
Paşinyan Ermənistanın yenidən inqilaba ehtiyacı olduğunu deyir…

05.09.2026 / 20:11
Zelenskidən Putinin atəşkəs əmrinə reaksiya - üç gün Moskvaya hücum olmayacaq…

05.09.2026 / 19:48
Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarıldı

05.09.2026 / 19:32
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edildi

05.09.2026 / 19:08
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

05.09.2026 / 18:50
Serbiyanın hakim partiyası Vuçiçi rəsmən baş nazir vəzifəsinə namizəd göstərdi....

05.09.2026 / 18:12
ABŞ İranın üç neft tankerini vurdu və Tehrana xəbərdarlıq etdi – birini vursanız üçünü vuracağıq…

05.09.2026 / 16:38
Putin Trampın elçilərini Kremldə qəbul edəcək…

05.09.2026 / 16:21
Putin Zelenskinin təklifini qəbul etdi - Kiyevə hücumlar təxirə salındı…

05.09.2026 / 15:45
50 yüksək rütbəli hərbçi yalan detektorundan keçirildi, nazirin istefası tələb olundu - İrana hücumla bağlı məxfi məlumatların sızdırılması ABŞ-ı qarışdırdı…

05.09.2026 / 15:07
Rusiya Ukraynanın atəşkəs təklifinə cavab vermir - təklif Putinə çatdırılıb, ancaq…

05.09.2026 / 14:24
Rusiyada vəzifəlilərin şübhəli ölümlərinə daha biri əlavə olundu – istefa verdi, qısa müddət sonra 9-cu mərtəbədən yıxıldı…

05.09.2026 / 13:55
Avrokomissar hərbi caninin qəhrəmanlaşdırılmasına görə Serbiyaya səfərini ləğv etdi…

05.09.2026 / 13:26
Rusiya səfiri Kiyevdə SBU binasına hücuma görə Slovakiya XİN-ə çağırıldı…

05.09.2026 / 13:09
Trampın sülh elçilərini daşıyan təyyarə Moskvaya endi…

05.09.2026 / 12:53
AB Xark adası sahillərində İran tankerini vurdu…

05.09.2026 / 12:37
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

05.09.2026 / 12:19
Armen Qriqoryan 2018-ci ilin "məxməri inqilabı"ndan kitab yazdı - Suallardan isə yayındı...

05.09.2026 / 12:14
Azərbaycan LLDCs-nin vitse-sədri seçildi...

05.09.2026 / 11:50
Bir gündə axtarışda olan 149 nəfər saxlandı...

05.09.2026 / 11:40
Bakıda daha bir BMT tədbiri keçiriləcək - Dördüncü İqlim Həftəsi

05.09.2026 / 11:22
ABŞ Ermənistana Azərbaycanla razılaşmaya görə 5 milyardlıq layihə verib...Hikmət Hacıyevdən maraqlı sitat...

05.09.2026 / 11:08
Erməni hüquq müdafiəçisi Azərbaycana böhtan atdı - Ombudsmandan da tutarlı cavab aldı...

05.09.2026 / 10:32
"Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir" - DYP vətəndaşlara çağırış etdi...

05.09.2026 / 09:30
Nigerdə avqust üsyanının arxasından Makron çıxdı - "şəbəkəyə o rəhbərlik edib"...

05.09.2026 / 00:49
Davudoğluna bu çıxışına görə cinayət işi açıldığı deyilir...

04.09.2026 / 22:43
ABŞ öz günahını Ukraynanın üzərinə yükləməyə çalışır - qlobal enerji qiymətlərinin artmasında Kiyev günahkardır…

04.09.2026 / 22:26
Ukrayna Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qalacaq - "Patriot" böhranı dərinləşir…

04.09.2026 / 22:16
Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası

04.09.2026 / 22:09
Deputat nazir parlamentdə çıxış edərkən it kimi hürməyə başladı...

04.09.2026 / 21:51
Almaniya-Rusiya münasibətləri 1-2-ci dünya savaşları ərəfəsindəki həddə qayıdır...

04.09.2026 / 21:33
Paşinyan özü üçün “ən real variantı” seçdi - Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...

04.09.2026 / 21:15
Lavrovun “uzaqgörənliyi” - Ermənistanın Avropaya həvəsi çox tez sönəcək...

04.09.2026 / 20:57
Azərbaycana Ermənistandan ilk mal ixracı başladı - Ticarət hansı valyuta ilə aparılacaq...

04.09.2026 / 20:42
Əliyevdən ATƏT-ə “30 illik səhvinizdən heç olmasa bundan sonra nəticə çıxarın” mesajı...

04.09.2026 / 20:29
Tibbdə maaş islahatının hədəflərindən biri - Təcili yardım sürətlə dəyişəcək...

04.09.2026 / 20:15
İran 56 gəminin Hörmüz boğazından keçidinə qadağa qoydu...

04.09.2026 / 20:02
Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

04.09.2026 / 19:59
Zaxarova Paşinyana - "Sən kişisən, yoxsa qadın?"...

04.09.2026 / 19:50
Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...

04.09.2026 / 19:21
Məhkum ermənilərlə bağlı Paşinyanın “Əliyevlə müzakirə etdik” bəyanatında ciddi qüsur var...

04.09.2026 / 19:07
Prezident və Birinci xanımın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü - FOTO

04.09.2026 / 19:03
Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahını vurdu –birbaşa SBU rəhbərinin otağı hədəf alındı...

04.09.2026 / 18:51
ABŞ Ermənistanla İran sərhədində qoşun yerləşdirmək niyyətindədir – iddia

04.09.2026 / 18:38
Trampın xüsusi nümayəndəsi Kiyevə getməkdən qorxur...

04.09.2026 / 18:27
Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir... ABŞ 2022-də "qara siyahı”ya salıb...

04.09.2026 / 18:25
Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdlrılmasına” başlanılır... Bu nədir?

04.09.2026 / 18:20
Çin Yaxın Şərqdə ABŞ-a meydan oxuyur - Pekin mühüm gedişlərə başladı...

04.09.2026 / 18:03
Gümrüdəki 102-ci bazanın məsələsini Paşinyandan qabaq Putin özü qaldırdı - şübhəlidir...

04.09.2026 / 17:51
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

04.09.2026 / 17:45
Tramp Rusiyanı səssiz şəkildə beynəlxalq təcriddən qurtarır - G20 dəvəti təsadüf deyil...

04.09.2026 / 17:44
Meloni hökuməti rekord qırdı - ən uzunömürlü hakimiyyət

04.09.2026 / 16:39
Seuta anklavına miqrant axınında İsrail barmağı - İspaniya hökuməti ifşaedici hesabat açıqlayacaq...

04.09.2026 / 15:52
Rusiya TRİPP-lə bağlı əndişəsini gizlətmir - bu dəfə Şevtsov dilləndi

04.09.2026 / 15:35
Ceyhun Bayramov İsveç səfiri ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə etdi

04.09.2026 / 15:12
ABŞ-İran savaşının qızışması neft qiymətlərini yenidən kəllə-çarxa çıxarır

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ