“Azərbaycan Maarifçi Gənclər Təşkilatı” İB-nin sədri Mərziyyə Aslan “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə qəzetin 20 illiyi ilə bağlı təbrik məktubu göndərib.
Təbrik mətnində deyilir:
"Hörmətli Aydın müəlim!
“Azərbaycan Maarifçi Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycanda fəaliyyət göstərən milli Qeyri-Hökumət Təşkilatıdır. Fəaliyyət göstərdiyimiz 30 ilə yaxın müddətdə 100-ə yaxın layihələr həyata keçirmişdir. Və əlbəttə ki, bu layihələr mütləq şəkildə KİV-də işıqlandırılmışdır. Bu baxımdan “Bakı Xəbər” qəzetinin rolu və yeri bizim təşkilat üçün əvəzedilməzdir. “Bakı Xəbər” qəzeti 20 ildə Azərbaycanın sosial-siyasi həyatında müstəsna rol oynamışdır. Lakin mən vətəndaş cəmiyyətinin inkişafında onlara verdiyi təmənnasız dəstəyi xüsusi vurğulamaq istəyirəm.
Hər bir xəbəri çevik, qərəzsiz “Bakı Xəbər” qəzetində yerləşdirilməsi bizə bir xırda proses kimi görsənir. Lakin bunun arxasında böyük bir kollektiv əməyi və ən əsası isə peşəkar rəhbər dayanır.
Hörmətli Aydın müəlim!
Vətəndaş Cəmiyyətinin inkişafnda göstərdiyiniz dəstəyə, təmənnasız xəbərlərin yayılmasındakı səylərininzə görə ilk olaraq Sizi və kollektivizi “Bakı Xəbər” qəzetinin yubileyi münasibətilə təbrik edir və dərin təşşəkürümüzü bildiririk. Inanırıq ki, “Bakı Xəbər” qəzeti ilə yanaşı yeni yaradılmış “Bakı Xəbər” TV daha da böyüyəcək və daha böyük ilklərə imza atacaqlar. Bu yolda hər birinizə uğurlar arzulayırıq”.