Xəzər Media Mərkəzindən redaksiyamıza təbrik məktubu daxil olub. Mərkəzin Baş direktoru Murad Dadaşovun imzaladığı təbrik mətnində deyilir:
“Hörmətli Aydın müəllim!
Sizi və həmkarlarınızı “Bakı-Xəbər” qəzetinin fəaliyyətə başlamasının 20-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
Operativliyi, məlumat bolluğu və keyfiyyətli kontenti ilə seçilən qəzetiniz hər zaman diqqət mərkəzindədir. Əldə etdiyiniz nailiyyətlər peşəkar kollektivinizin gərgin əməyi və böyük zəhmətinin nəticəsidir.
Sizə və heyətinizin hər bir üzvünə ruh yüksəkliyi, yeni başlanğıclar, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm”.