"Bakı-Xəbər" - 20 il...
"Bakı-Xəbər" - 5000-ci çap sayı...
"Bakı-Xəbər" qəzeti olaraq 2003-cü ilin bu günündə - sentyabrın 4-də ilk sayımız əllərdə idi.
Bu gün 5000-ci çap sayına qədər gəldik.
Hər gün, hər səhər gəldik.
Gələcəyik...
Böyüdük...
Təkcə qəzet idik, həm də sayt və internet TV olduq... Çap orqanından onlayn mediaya qədər məzmunlu yol keçdik...
Davam edirik..
"Bakı-Xəbər" yolunun yolçusu olmuş və var olan hər kəsə təşəkkür edirəm.
"Bakı-Xəbər"in yaranmasında və inkişafında rolu və əməyi olan hər kəsi təbrik edirəm.
İlk günün oxucularına, bizi daim oxuyanlara, ömründə heç olmasa bircə dəfə "Bakı-Xəbər" oxuyanlara minnətdaram...
İlk çap günü yanımda olanları, bu gün xəbər və təhlil maarifçiliyini, dövlətimizin informasiya savaşını mənimlə birgə yürüdən dəyərli komandamızı təbrik edirəm...
Şərəfli yolumuza davam edirik....
Aydın QULİYEV "Bakı-Xəbər" qəzetinin Baş redaktoru