Ombudsman aparatının əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzulinin Qaraxanbəyli məzarlığında olublar. Trend-in Qarabağ bürosu xəbər verir ki, qonaqlara məzarlıq barədə məlumat verilib.
Bildirilib ki, İşğal müddətində qəbirlər erməni vandallığının qurbanı olub. Qəbir daşları buradan daşınıb.
İƏT MDİHK nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda dağıdılmış məsciddə də olublar. Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonun Merdinli kəndindəki məsciddə olublar.
Qonaqlara məlumat verilib ki, Merdinli kəndindəki məsciddən düşmən mal-qara tövləsi kimi istifadə edib. Erməni vandalları işğal dövründə kəndi talayıb, yer üzündən siliblər.
Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.