“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bir çox maraqlı məqamlar barədə fikirlərini bölüşüb.
Politoloq yazısında qeyd edir ki, bu il aprelin 23- də Laçın yolunun girişində sərhəd - buraxılış məntəqəsinin yaradılmasının çox məzmunlu və tarixi əhımiyyətli hadisə olduğunu qəbul etməyənlər çətin ki, olsun. Hətta bu barədə qərarın verilməsinin özü böyük hadisədir və çox güman ki, Azərbaycan prezidentinin bu qərarı verməsi çox dərin götür- qoyların nəticəsi oldu. Qərar cəsarətli, nəticəsi böyük...
A.Quliyev daha sonra yazır: "Prezident İlham Əliyev bu günlərdə həmin fakta xüsusi müraciət edərək dedi ki, 23 aprel ərazi bütövlüyümüzün bərpa olunması deməkdir, Laçın yolunda buraxılış məntəqəsinin qoyulması Azərbaycanın ərazi bütövlüyünün bərpası deməkdir.
23 apreldən sonra baş vermiş hadisələrin fonunda Xankəndi separatçılarının vəziyyətində və xariclə əlaqələrində yaranmış durumu təhlil edəndə sərhəd- buraxılış məntəqəsinin qurulmasının müstəsna önəmi bir daha üzə çıxır və həqiqətən Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına doğru yolun sonu görünür..
23 apreldən sonra çox faktları göstərmək olar.Yalnız bu günə - 2 sentyabr 2023-cü ilə aid iki faktı xüsusi demək lazımdır.
1.1992- ci ildən bu yana 31 il ərzində ermənilər bu il ilk dəfə sentyabrın 2- si tarixini - qondarma separatçı rejimin "müstəqillik " gününü qozbel, beli qırılmış, ruhdan düşmüş vəziyyətdə qeyd etdilər. Düz 31 il , hətta ötən 2022- ci ilin 2 sentyabrını Yerevan - Xankəndi erməni bandalarının birgə nümayişləri ilə qeyd edirdilər.Dəstə- dəstə ermənilər Xankəndidə " müstəqillik paradına " axışırdılar . 2022- ci ilin 2 sentyabrı separatçı ermənilərin son " birgə müstəqillik təntənəsi " oldu.hər şey bitdi .Bu il sentyabrın 2- də bir qrup Yerevan ermənisı Yerevanda "arsax " deyilən bədnam qurumun nümayəndəliyinin ofisi qarşısında tədbir keçirib, şəkil çəkdirib, dronlarla havaya qondarma qurumun əcayib bayrağını qaldırıblar.Bu il nə Yerevandan Xankəndiyə, nə də əks istiqamətdə müstəqillik təntənələri keçirə bilmədilər...
Başı bədəndən beləcə ayırdıq.23 aprelin sayəsində...
2. Bədnam "erməni müstəqilliyinin" 31 ili ərzində separatçılar bu il ilk dəfə olaraq Xankəndidə 2 sentyabr tarixini qondarma prezidentləri olmadan yaşadılar.Bundan sonra həmişə belə olacaq. Bunu da 23 aprelin hesabına etdik...
2 sentyabr olayları ermənilərə və Ermənistana 8 noyabr Zəfəri qədər zərbə vurdu. Yenə də 23 aprelin sayəsində..."
MƏTLƏB