“Avropa məhkəməsi qərar verib ki ,Azərbaycan bayrağını təhqir etmiş üç erməni futbolçusu barədə sentyabrın 7- dək arayış xarakterli məlumat verilsin.Məlumatda ermənilərin saxlanma yeri, saxlanma şəraiti və səhhətləri barədə göstəricilər olmalıdır.”
Bu barədə “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Qəribəsi nədir və məhkəmənin "erməni toruna" düşməsini göstərən əlamətlər hardadır?
1. Avropa insan haqları məhkəməsinin tora düşdüyünü göstərən ən parlaq əlamət budur ki, ağına- bozuna baxmadan Azərbaycandan üç erməni gəncinin saxlanma yeri barədə dəqiq məlumat istəyirlər .Sadə hüquqi məntiqi belə itiriblər.Fərqinə varmırlar ki, təhlükəsizlik mülahizələri əsasında Azərbaycan bu məlumatı heç vaxt, heç kimə, heç bir şəraitdə verə bilməz və verməməlidir.Üç erməni Ermənistana təhvil verilənə qədər onların təhlükəsizliyinə məhz Azərbaycan cavabdehdir.Onların saxlandıqları yerin rəsmən və dəqiq deyilməsinin nələrə səbəb olacağını düşünmüsünüzmü, cənab avropalı hakimlər? Bizi inandırın ki, hüquqi məntiqə sığmayan bu tələbinizi ermənilərin sizə " basdıqları pula" görə yox, düşüncə ilə çıxarmısınız.....
2. Ermənilərin saxlanma şəraitini və səhhətlərini yerində yoxlamış Beynəlxalq Xaç və Azərbaycan Ombudsmanının arayışları sizə kifayət deyilmi? ...
Mətləb