Eçmiədzinin Ali Dini Şurası xüsusi bəyanat yayaraq Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasını heç bir tarixi, hüquqi, siyasi əsası olmayan yolverilməz hadisə saydı və separatçıların müstəqillik uğrunda mübarizəsini rəsmən dəstəklədi....
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bu, Ermənistan kilsəsinin Azərbaycana rəsmən dini, ideoloji müharibə elan etməsi deməkdir.
Bu o deməkdir ki, Azərbaycana qarşı ərazi iddialarının ideoloji, siyasi, təşkilati hazırlıq mərkəzi bütün zamanlarda Eçmiədzin kilsəsi olub...
Bu, Azərbaycanın bütün dini konfessiyalarının birlikdə dünyanın diqqətini erməni kilsəsinin yeni müharibə hazırlıqlarına qarşı səfərbər edilməsi üçün çağırış etməsinin son dərəcə zəruri olması deməkdir...
Bu o deməkdir ki, ermənilərin saxta “genosid” iddialarına uymuş Roma Papası buna münasibət bildirməyə məcbur edilməlidir...
Bu o deməkdir ki, Bakıdakı katolik kilsəsi Papa qarşısında təhlükənin miqyası ilə bağlı gecikmədən məsələ qaldırmalıdır...
Bu o deməkdir ki, cəmi 1500 nəfər katolikə görə, dünyanın o başından basa-basa Monqolustana getmiş Roma Papasına daha böyük təhlükənin hardan gəldiyini göstərmək lazımdır...
Görək, bizim QMİ buna necə cavab verəcək?...
Tahir TAĞIYEV