Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti də “Bakı-Xəbər” ailəsini qəzetin yaranmasının 20 illiyi ilə bağlı təbrik edib.
Qəzetin baş redaktoru Aydın Quliyevə ünvanlanmış təbrik mətnində deyilir:
“Hörmətli Aydın müəllim,
Sizi “Bakı-Xəbər” qəzetinin 20 illik yubileyi münasibətilə elmi gənclik adından səmimi
qəlbdən təbrik edir, dövlətçilik naminə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Milli mətbuatımızın inkişafı üçün yaradılmış imkanlardan bəhrələnərək fəaliyyət göstərdiyi 20 il ərzində “Bakı-Xəbər” öz dəst-xətti, missiyası, ənənələri ilə fərqlənmiş, yüksək peşəkarlıq, tərəfsizlik və obyektivlik kimi nümunələrlə dövlətçilik prinsiplərinə daim sədaqət nümayiş etdirmişdir. Qəzetin peşəkar komandası söz azadlığı və demokratik dəyərlərə ehtiram nümayiş etdirərək cəmiyyətimizin ümumi intellektual səviyyəsinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilmiş, Azərbaycan həqiqətlərinin təbliği, gənc nəsildə vətənpərvərlik duyğularının formalaşması naminə daim əzmlə çalışmış, bu gün də sağlam rəqabətə önəm verərək dəyərlərə ehtiramını və ənənələrinə sadiqliyini davam etdirməkdədir.
“Bakı-Xəbər” qəzeti həm də dialoq, müzakirə, fikir tribunası kimi ölkə ziyalılarının və ictimai-siyasi xadimlərin platforması olaraq fərqlənmişdir. 20 illik fəaliyyəti ərzində hər gün minlərlə oxucuya ölkəmizdə və dünyada baş verən yeniliklər barədə xəbərlər, cəmiyyətin fərqli sahələrinə dair aktual reportajlar, müsahibələr, analitik təhlilləri çatdırmaq işini yüksək peşəkarlıqla reallaşdırmaqdadır. Əminəm ki, siz qəzetin fədakar kollektivi ilə birlikdə bundan sonra da milli mənəvi dəyərlərin təbliği, vətəndaş cəmiyyətinin inkişafı, siyasi mədəniyyətin inkişaf etdirilməsi naminə şərəfli missiyanızı layiqincə davam etdirərək xalqımıza və dövlətçiliyimizə şərəflə xidmət göstərəcəksiniz.
Bir daha “Bakı-Xəbər” qəzetinin qurucu rəhbəri olaraq Sizi və uğurlu komandanızı qəzetinizin 20 illik yubilyeyi münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram!”