“Bakı-Xəbər” qəzetinin 20 illik yubileyi ilə bağlı növbəti təbrik İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, professor Məhərrəm Zülfüqarlıdan gəlib.
Təbrikdə deyilir:
“Bu ilin sentyabrın 4-də mənim üçün dogma olan “Bakı xəbər” qəzetinin 20 illik yubleyi qeyd olunacaq. Qəzetin yarandığı il Azərbaycan Respublikası üçün çox gərgin və çətin sınaq ili kimi yadda qalıb. Həmin ildə keçirilmiş Prezident seçkilərində dünyanın gözü Azərbaycanda olduğu bir vaxta Sizin rəhbərliyinizlə işıq üzü görmüş qəzet ictimai-siyasi proseslərin tənzimlənməsinə öz layiqli töhfəsini vermis çox az KİV-lərdən biri olmuşdur.
“Bakı xəbər” qəzetin uğurları və hazırki yüksək səviyyə çatması uzun illər qəzetlə əməkdaşlıq edən bir şəxs kimi məni çox sevindirir. Bu uğurlarda qəzetlə yanaşı son illər fəaliyyətə başlamış “Bakı xəbər” TV-nin rolu da danılmazdır. Fikrimizcə, qəzetin tutduğu tərəfsiz, obyektiv mövqe oxucular arasında çox böyük nüfuz qazanmasında əsas amil kimi xüsusi qeyd olunmalıdır.
Hörmətli Aydın bəy!
Sizi və “Bakı xəbər” qəzetinin bütün əməkdaşlarını, o cümlədən İradə Sarıyeva, Vidadi Ordahallı Məhəmmədəli Qəribli kimi peşəkar jurnalistləri 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.