İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi "Bakı-Xəbər" qəzetini yubiley münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Yarandığı gündən Azərbaycan dövlətçiliyinə xidmət edən‚ daim dürüst‚ vicdanlı xəbərləri ilə seçilən "Bakı-Xəbər" qəzetinin bütün kollektivini və başda qəzetin rəhbərliyini qəzetin təsis olunmasının 20 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik.
"Bakı-Xəbər" qəzetinin bütün fəaliyyəti Azərbaycan dövlətçiliyinə xidmət yönündədir. Bu istiqamətdə "Bakı-Xəbər" qəzetinin bütün kollektivi yorulmadan‚ əzmlə çalışır. Qəzetin fəaliyyətində Azərbaycandakı tolerantlıq və multikultural dəyərlər daim tərənnüm olunur və qəzet bütün fəaliyyətini vətənpərvərlik‚ dövlətçiliyə xidmət‚ tolerantlıq və multikultural dəyərlər üzərində qurmuşdur. Eyni zamanda "Bakı-Xəbər" qəzeti hər zaman Azərbaycan-İsrail əlaqələrinin möhkəmlənməsinə xidmət edən‚ Azərbaycan xalqı ilə Yəhudi xalqının minilliklərə söykənən dostluğunun daha daha dərinləşməsinə töhfələr verən xəbərlər və analitik yazılar dərc etməkdədir.
Bundan sonrakı fəaliyyətlərində də "Bakı-Xəbər" qəzetinə və onun dəyərli kollektivinə uğurlar arzu edirik”.