Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı Xəbər”ə 20 illiyi münasibətilə təbrik ünvanlayıb.
Təbrik mətnində deyilir:
“Bakı-Xəbər" qəzeti Azərbaycan siyasi həyatının ən keşməkeşli vaxtında təsis olunub. "Bakı-Xəbər" qəzeti hər zaman öz dəsti-xətti ilə seçilib. "Bakı-Xəbər" qəzeti azad sözü və demokratiyanı müdafiə edib. "Bakı-Xəbər" qəzeti həm də 30 milyondan çox soydaşımızın haqqını qoruyur, Güney Azərbaycanda haqqı tapdanan soydaşlarımızın pozulan hüquqlarından bəhs edir. Həmçinin, "Bakı-Xəbər" qəzeti Qərbi azərbaycanlıların da hüquqlarını ictimailəşdirir. Bir sözlə, bu qəzet Bütöv Azərbaycan uğrunda mübarizə aparır. Vətənpərvər ziyalı Aydın Quliyevə bu yolda uğurlar arzu edirəm. Bu fəaliyyətinə görə "Bakı-Xəbər" qəzetinin rəhbərliyi Aydın Quliyevi və qəzetin bütün heyətini təbrik edirəm.
Hörmətli, Aydın müəllim, "Bakı-Xəbər" qəzetinin 20 illik yubileyi münasibəti ilə Sizi və başçılıq etdiyiniz kollektivin bütün əməkdaşlarını təbrik edirəm”.