Ermənistan Müdafiə Nazirliyi iki hərbçinin öldüyünü etiraf edib, Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə erməni tərəfinin təxribatına cavab verməsi nəticəsində daha biri yaralanıb.
Hazırda sərhəddə döyüşlər davam edir.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.
TAHİR