"Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatma Hacıyeva “Bakı-Xəbər” qəzetinin 20 illik yubileyinə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi olaraq “Bakı-Xəbər” qəzetinin kollektivini 20 illik yubileyi münasibətilə təbrik edir və uğurlar arzu edirik.
Bu illər ərzində “Bakı-Xəbər” qəzeti milli mətbuatın, demokratik cəmiyyətin və vətəndaş cəmiyyətinin inkişafına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hər zaman öz töhfələrini verib. "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi "Bakı-Xəbər" qəzetinin xidmətlərini yüksək qiymətləndirir və Azərbaycanın inkişafı naminə fəaliyyətində daha böyük uğurlar arzu edirik”.