“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər” qəzetini 20 illik yubiley münasibətilə təbrik edib.
Baş redaktor Aydın Quliyevə ünvanlanan təbrikdə deyilir:
“Bakı-Xəbər” qəzetinin 20 illik yubileyi münasibətilə Sizi və kollektivizi təbrik edirəm. Rəhbərlik etdiyiniz qəzet Azərbaycanın müasir mətbuatının sayılıb-seçilən nümayəndələrindəndir.
20 il bundan əvvəl əsasını qoyduğunuz, ötən müddətdə Azərbaycanın yeni tarixinin yazılmasında, ictimai rəyin formalaşdırılmasında önəmli rol oynayan qəzetiniz sizin və kollektivinizin fədakar əməyi sayəsində bugün də öz yaşamını sürdürməkdədir.
İnternetin, onlayn medianın, sosial şəbəkələrin təsirinin və imkanlarının genişləndiyi bir müddətdə “Bakı-Xəbər”i saxlamağınız, inkişaf etdirməyiniz, onu təsirli bir media orqanına çevirməyiniz qəhrəmanlıqdır.
İnanıram ki, bundan sonra da sizin rəhbərliyiniz altında “Bakı-Xəbər” Media Qrupu ənənəvi və onlayn formatda fəaliyyətilə media sektorunda, ictimai rəyin formalaşmasında, yeni tariximizin yazılmasında və ümumiyyətlə Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynamaqda davam edəcək.
20 yaşın yanında sıfırların düzüləcəyinə, gələcəkdə böyük bir media holdinqə çevrilərək ölkə hüdudlarından da kənarda təsir imkanlarını əldə edəcəyinizə inanır və sizlərə uğurlar arzulayıram”.