Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağın erməni sakinləri arasında humanitar yardım ixtilafı dərinləşir...

Image


Qarabağda məskunlaşmış ermənilər getdikcə daha çox əmin olurlar ki, onların taleyini həll edən əsas dövlət Azərbaycandır. Məhz Azərbaycanın razılığı əsasında kimlərsə onlara hansısa yükü çatdıra bilər. Qarabağ ermənisi və bir vaxtlar separatçı rejimin rəhbərləri sırasında yer alan Samvel Babayan qeyd edir ki, Azərbaycanın təklifi ilə razılaşıb paket həll çərçivəsində malların eyni vaxtda Laçın yolu və Ağdam vasitəsilə Qarabağa gəlməsini təmin etmək lazımdır.

Bundan başqa, Babayanın fikrincə, paketdə Qarabağ məsələsinin yekun həlli də olmalıdır: “Əks halda, bir neçə yük avtomobili keçirməklə problem həll olunmayacaq. Biz bu problemin kompleks həllini təmin etməliyik. Tutaq ki, bir-iki gündə bir maşın Ağdamdan keçirib sonra bu yolu yenidən bağlamaq və ya Laçından 10 maşın buraxmaq problemi həll etməyəcək. Ümumi kompleks həll yolu tapmalıyıq: hara gedirik, nə edirik, yaxşı, daha 10 maşın gətirdik, yedik, sonra nə? Növbəti addım nədir?”. Babayan qeyd edib ki, yaxın vaxtlarda 20-yə yaxın bənddən ibarət və hələ də işlənməkdə olan yanaşmalarını ictimaiyyətə təqdim edəcək: “Qarabağda indiki siyasi qüvvələr təklifimizi qəbul etməyib. Nəticədə bu gün onlar özlərini çıxılmaz vəziyyətdə görürlər və bir-birini günahlandırırlar. Daha 7 gün gözləyək, görək məsuliyyəti kimin üzərinə atacaqlar. İndi “Qarabağ hökuməti” belə siqnal verir: ya Ağdam vasitəsilə yardımı qəbul etsinlər, Azərbaycana inteqrasiya etsinlər, ya da Qarabağı tərk etsinlər. “Hakimiyyət” bundan başqa həll yolunun olduğunu başa düşmür. Mən Qarabağın indiki “iqtidarının” nə etdiyini belə görürəm: o, elə bir vəziyyət yaradır ki, Ağdam vasitəsilə yardım müzakirə edilir və ya Qarabağdan köçmə məsələsi nəzərdən keçirilir. Bir sözlə, heç bir problemi həll etmədiklərinin fərqinə varmadan sirk təşkil edirlər. Onlar Qarabağdakı erməniləri məhvə sürükləyirlər, olan budur”. Qarabağda separatçı rejimə rəhbərlik edənlər bəyan edirlər ki, Azərbaycanın Ağdam-Xankəndi yolu ilə göndərdiyi yükləri qəbul etməyəcəklər. Bu fonda erməni politoloq Aleksandr İsgəndəryan qeyd edir ki, Azərbaycanın iradəsinə kimsə təsir edə bilməyəcək. Onun fikrincə, vəziyyətin inkişafının birinci variantı ondan ibarətdir ki, Azərbaycan heç bir tərəfdən, yəni Laçın və Ağdam yollarından humanitar yardıma icazə verməyəcək və Avropanın artan təzyiqi ilə vəziyyət təxminən indiki kimi qalacaq. İsgəndəryan qeyd edib ki, Ermənistana və “Qarabağ”a da qapalı formada təzyiq edildiyi şübhəsizdir, ancaq hazırda açıq təzyiq Azərbaycanadır: “Fransadan gələn humanitar yük nə deməkdir? Bu, sadəcə hansısa ictimai təşkilat deyil, burda siyasi kontekst var. Digər tərəfdən, Azərbaycanın necə reaksiya verdiyini görmək olar. İnsanların həbsi və saxlanması da təsadüfi deyil”. O, Bakının vasitəçi qəbul etməyə hazır olduğuna şübhə etdiyini bildirib: “Çünki Bakının konsensus və güzəşt etmək fikri yoxdur”. İsgəndəryan ikinci variant kimi hər iki yolun açıla biləcəyini qeyd edib: “Ancaq burda da altvariantlar var: yollar hansı formada açılacaq, hansı müddətə, hansı müddətdən sonra bağlanacaq, bu sadə keçid olacaq, yoxsa təchizat fürsəti yaradacaq? Təsəvvür etmək çətindir ki, azərbaycanlılar Ağdamdan keçid olmadan Laçından yük göndərməyə razılaşsınlar. Düşünmürəm ki, bunu edəcəklər”. Qarabağ ermənisi Metakse Akopyan isə bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycanın qarşısında acizdir: “Ermənistan hakimiyyəti Laçın dəhlizinin açılması istiqamətində teatr tamaşasından başqa heç bir addım atmadı, indi beynəlxalq ictimaiyyətdə suallar yaranıb: əgər söhbət ac qalmaqdan, ölməkdən gedirsə, o zaman hər iki tərəfdən humanitar yük Xankəndiyə keçə bilər. Bu mənada Azərbaycan uğur qazanır. Biz bu vəziyyətə düşməməli idik. Daha itirəcək heç nəyimiz yoxdur. Biz 9 aydır görürük ki, hər yeni gün əvvəlkindən daha pis və ümidsizdir. Mahiyyət etibarı ilə təzyiqlər artır. Çünki hər iki tərəf, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanmasını sürətləndirmək istəyir. Ancaq Ermənistan üçün açıq-aşkar təhlükələr var”.

İstənilən halda reallıq budur ki, Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin Rusiyanın müvəqqəti nəzarətində olan Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə humanitar yardım göndərməsi bir daha ölkəmizin öz vətəndaşlarına diqqətini və humanistliyini aşkar şəkildə nümayiş etdirir. Bu yardımın göndərilməsi Ermənistanın bir aydan çox müddətdir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinə yaxın ərazilərdə göstərdiyi “humanitar yardım” şousuna nöqtə qoyur. Həmçinin bu aksiyaya qoşulmaq istəyən Fransa hökumətinə də yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkünlüyünə dair siqnallar verir. Elə hərbçi ekspert Ədalət Verdiyev də qeyd edir ki, həqiqətən də Qarabağ iqtisadi rayonunda yaşayan erməni icmasının ərzağa ehtiyacı varsa, onlar Azərbaycanın humanitar yardımından istifadə etməlidirlər: “Yox, əgər belə yükdən onların yararlanmaq fikri yoxdursa, o təqdirdə Qarabağdakı ermənilərin Ermənistandan göndərilən humanitar yükə də ehtiyacı yoxdur. Bugünədək onların Qarabağda blokada və mühasirədə qalması ilə bağlı apardığı kampaniyanın tamamilə siyasi məqsədli şou olduğu ortaya çıxır”. Hərbçi ekspert AzərTAc-a açıqlamasında xatırladıb ki, son günlər Qarabağda keçirilən mitinqlərdə iştirak edən minlərlə insan və günlərlə ayaq üstə qalan ermənilər arasında heç kim dünyasını dəyişmədi: “Kimsə aclıqdan ölmədi və iştirakçılar arasında distrofiyadan əziyyət çəkənlər də müşahidə olunmadı. Xankəndidə elektrik və yaxud da internet kəsintisindən davamlı şikayət olunsa da, mitinqlər davam edən müddətdə Xankəndidə bir dəfə də olsun işıq sönmədi. Bu isə ermənilərin həmin məsələlərdə nə qədər yalan məlumatlar yaydıqlarını ortaya qoyur”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ