“Bakı-Xəbər” qəzetinin 20 illik yubileyi münasibətilə Baş redaktor Aydın Quliyevin ünvanına təbriklər gəlməkdə davam edir. Növbəti təbrik “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə xanım Mustafayevadan gəlib.
Təbrik mətnində deyilir:
“Hörmətli Aydın bəy!
Sizi və “Bakı-Xəbər” qəzetinin bütün əməkdaşlarını 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!”.