Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağdakı qondarma "rus icması"nın ermənidən betər həyasızlığı - Azərbaycan Rus İcmasının müdaxiləsinə ehtiyac var...

Image


44 günlük Vətən müharibəsi dövründə separatçılar bir sıra qondarma məsələlər düzüb-qoşmağa başladılar. O dövrdə birdən - birə ortaya saxta "rus icması" çıxarıldı. Bu "rus icmasının adı arxasından daha məkrli niyyətlər ortaya qoydular. 

Daim bu saxta “icma"nın adını hallandırmağa başladılar. 

İndi də məlumat yayıblar ki, Qarabağda "rus icması" nümayəndələri ilə erməni apostol kilsəsi nümayəndələrinin görüşü keçirilib. Guya Qarabağda "rus icması" da var və “acından ölənlər”in siyahısında onlara da rast gəlinir. Guya yerli rusların da etnik təmizlənməyə məruz qalmasından narahat olan “rus icması”nın “rəhbəri” rusların bu ərazidən köçəcəyindən narahatdır, Qarabağdakı qondarma “rus icması” Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini açıqlayıb.

Onların "Azərbaycanın tərkibində yaşamaq istəməməsinə" Azərbaycandakı Rus İcmasının münasibət bildirməsinə ehtiyac varmı?

Bildirək ki, doğrudan da Rus İcması Azərbaycanda neçə yüz ildir mövcuddur, onlar göz üstündə saxlanılır, heç bir problemləri yoxdur. Ən azı, bunların məsələyə reaksiya verməsinə çox ciddi bir ehtiyac var ki, ay nankorlar, necə olur biz burada yaşaya bilirik, siz yaşa bilmirsiz?

  • "Artıq Azərbaycanda fəaliyyət göstərən Rus İcması bəyanat yayıb, öz mövqeyini ortaya qoyub" 

"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər"ə şərhində "Birincisi, "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur, ora Qarabağ İqtisadi zonasıdır, dünya da bu yeni reallığı qəbul edib. Ola bilsin ki, hansısa qüvvələr artıq olmayan qondarma bir ifadədən istifadə etsin, bu termini işlətsin, amma bu ərazi Azərbaycanın suveren ərazisidir. İkincisi, Qarabağ İqtisadi zonasında marağı olan müəyyən qüvvələr var ki, onlar hansısa dairələrin istəklərini yerinə yetirirlər. Orada süni şəkildə yaradılan "rus icması"na gəlincə, ola bilsin, onlar ikili "vətəndaş", Rusiya vətəndaşı, yaxud erməni-rus qarışığı olan ailələrdir. Təbii ki,  təxribat məqsədilə belə bir addım atıla bilər. Azərbaycan ərazisində bir Rus İcması var, o da 1993-cü ildə yaradılıb. Onun da sədri Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelindir. Azərbaycan ərazisində ikinci bir rus icması mövcud deyil. Azərbaycanda çox sərbəst şəkildə fəaliyyət göstərən bu Rus İcmasının da Azərbaycanın müxtəlif bölgələrində, rayonlarında, o cümlədən Bakıda şöbələri fəaliyyət göstərir. Hamısı da Rus İcmasına tabedir. Xankəndidən saxta "rus icması" nın adından yayılan informasiya bir təxribatdır, bunun başqa adı yoxdur, bu qeyri-ciddi bir məsələdir. Hesab etmirəm ki, Rusiya dövləti, Rusiya hökuməti belə bir qondarma "icmanın" adından yaradılan təxribata reaksiya versin, yaxud onların müdafiəsi ilə məşğul olsun"-deyə bildirdi. 

Ş.Ağayevin sözlərinə görə, təbii ki, bu, Rusiyanın diqqətini cəlb etmək üçündür. "Amma Rusiya dövləti çox gözəl bilir ki, Azərbaycan rus icması kimdir, harada fəaliyyət göstərir, rəhbəri kimdir. O ki qaldı  Azərbaycandakı Rus İcmasının bu təxribata reaksiyasına, artıq Azərbaycanda fəaliyyət göstərən Rus İcması bəyanat yayıb, öz mövqeyini ortaya qoyub. İcma öz bəyanatında da göstərib ki,  Azərbaycanda bir Rus İcması var o da bizik, ikinci bir Rus İcması yoxdur. Mövcud Rus İcması da  Azərbaycan konstitusiyası və ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərir. Onların hüquqlarının da Azərbaycan qanunları ilə qorunduğunu elan ediblər. Belə təxribatları ermənilər edir,  onlardan həmişə belə təxtibatlar gözlənilir. Demək istədiyim odur ki, bu təxribatların heç bir təsir  gücü yoxdur. 

Bu təxribatla Rusiyanın reaksiya verməsinə nail olmaq istəyirlər, amma tam əminliklə deyirəm ki, Rusiya onlara dəstək verməyəcək. Çünki Azərbaycan-Rusiya əlaqələri o qədər yüksək səviyyədədir ki, inanmıram ki, Rusiya beş-üç separatçıya görə hansısa addım ata"-deyə müsahibimiz qeyd etdi. 

"Azərbaycan hökuməti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndi şəhərində yaşayan erməniəsilli vətəndaşları ilə dinc dialoqun aparılması üçün böyük səylər göstərdiyi halda, bir qrup separatçı əsassız bəyanatlar və dünya ictimaiyyətinə yanlış məlumatlar verməklə buna mane olmaqda davam edir". Bu fikirlər isə Azərbaycanın Rus İcması Respublika Şurasının Qarabağ bölgəsinin "saxta rus icması"nın siyasi kart oynamaq cəhdinə münasibət bildirdiyi bəyanatda bildirilir.

Sənəddə deyilir ki, özlərini “rus icması” kimi təqdim edənlərin bəyanatları Azərbaycan Konstitusiyasının normalarına tamamilə ziddir: "Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu, ancaq suveren Azərbaycan dövlətinin ərazisində məskunlaşan ayrıca separatçılar qrupunun xəyallarında mövcuddur".

“Qarabağ iqtisadi rayonunun erməniəsilli sakinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır və ölkəmizin rəsmi qanunlarına uyğun yaşamalıdırlar. Azərbaycanda 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və bu gün bir rus icması var. Sayı 120 min nəfərdən çoxdur. Təşkilatımız bütün beynəlxalq strukturlar tərəfindən tanınır və 30 ildir fəaliyyət göstərir. Əgər Qarabağ sakinləri arasında Azərbaycanın rus icmasına qoşulmaq istəyən etnik ruslar varsa, o zaman təşkilata üzv olmaq üçün bizə müraciət etsinlər. Biz onların müraciətlərinə cavab verməyə və bunun üçün bütün lazımi məlumatları təqdim etməyə hazırıq”, - bəyanatda qeyd olunur.

“Rus icması” öz bəyanatında Qarabağdan öz əcdadlarının tarixi torpağı kimi danışır. Qarabağ həmişə Azərbaycanın bir parçası olub və belə də qalacaq.

“Ölkəmizin ərazi bütövlüyü bütün dövlətlər, o cümlədən Rusiya Federasiyası və hətta Ermənistanın özü tərəfindən tanınır. Əcdadlarının ağır taleyini bəyan edən "saxta icma" unudur ki, Ermənistanın Azərbaycana təcavüzünə qədər bütün etnik qrupların nümayəndələri bir yerdə dinc və mehriban yaşayıblar. Azərbaycanlılar, o cümlədən milli azlıqların nümayəndələri öz doğma yurdlarından zorla didərgin salınıblar. Ermənistanın özündən də milli azlıqlar zorla qovulub. Bu gün monoetnik dövlətdir ki, burada ermənilərin özündən başqa heç kim yaşamır, Azərbaycanda isə onlarla etnik qrupların nümayəndələri yaşayır”, - məlumatda vurğulanır.

Sonda Azərbaycanın Rus İcması bu cür bəyanatları regionda sabitliyi pozmaq, dünya ictimaiyyətinə yanlış məlumat vermək və Qarabağ ermənilərinin çoxmillətli, multikultural Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini ləngitmək cəhdi hesab edir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ