Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) "Bakı-Xəbər"qəzetini 20 illik yubileyi münasibətilə təbrik edib.
Bu münasibətlə AVCİYA-nın prezidenti Elxan Süleymanovun qəzetimizin baş redaktoru Aydın Quliyevə göndərdiyi məktubda deyilir:
“Hörmətli Aydın müəllim!
Sizin yaradıcısı və rəhbəri olduğunuz "Bakı-Xəbər" qəzetinin 20 yaşı tamam olur. Bu qəzet Azərbaycan mətbuatında özünə məxsus yeri olan bir qəzetdir. Qəzet kollektivinin tutduğu tərəfsiz, obyektiv mövqeyi daim oxucuların diqqətini özünə cəlb etdiyindən geniş oxucu rəğbətini qazanıb. Bizim assosiasiyamızın "Bakı-Xəbər" qəzeti ilə əməkdaşlıq etməsinin əsas səbəblərindən biri də məhz tutduğunuz tərəfsiz və obyektiv mövqedir.
Keçən 20 ildə Azərbaycan Respublikasının ictimai-siyasi, ədəbi, mədəni həyatında "Bakı-Xəbər" qəzeti mühüm rol oynayıb və bu gün də bu missiyanı ləyaqətlə davam etdirir. Qəzet obyektiv informasiya, obyektiv təhlil yazıları ilə mövcud problemlərin həllinə yaxından kömək etməklə yanaşı, vətəndaş cəmiyyətinin inkişafına da daim öz töhfələrini verib.
Hörmətli Aydın müəllim!
Sizi və "Bakı-Xəbər" qəzetinin bütün əməkdaşlarını 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.