Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiya neftinin qiymət müəmması - Qərb baş sındırır...

Image


Rusiyanın Ukraynaya qarşı apardığı savaşın dayandırılması, şimal qonşumuzun məğlubiyyəti üçün Qərb ölkələri sanksiyalar paketindən də geniş şəkildə istifadə edirlər. Amma sanksiyalar hələ ki, istənilən nəticəni vermir. Düzdür, Rusiya iqtisadiyyatı zəifləyib, amma bundan sonra da hələ bir neçə il müharibə aparmağa imkan verir.

Qərbdə də etiraf olunur ki, sanksiyalar hələ də istəniən nəticəni vermir. Bu şəraitdə hesab olunur ki, sanksiyaların daha sərt xarakter daşımasına nail olmaq lazımdır. Qərbdəki belə sanksiya tərəfdarları rublun bu il kəskin dəyərsizləşməsini Rusiyaya qarşı iqtisadi cəzaların nəticə verməyə başlamasının danılmaz əlaməti sayır. Onların fikrincə, “Yeddilər Qrupu”na daxil olan dövlətlər dəmiri isti-isti döyməli, Rusiya xam neftinə qoyduqları maksimal qiymət həddini bir az da aşağı çəkməlidirlər. Hazırda bu qiymət həddi 60 dollardır. Yeni həddə isə məqsəd Kremlin gəlirlərini azaltmaq, prezident Vladimir Putini iqtisadi sabitliklə hərbi xərclər arasında seçim etməyə məcbur qoymaqdır. Rusiya Mərkəzi Bankı 1 rublun dəyərcə 1 ABŞ sentindən aşağı düşməsindən sonra bu ay təcili görüş keçirərək uçot dərəcələrini birdən-birə 3.5 faiz qaldırıb və beləcə, rublun məzənnəsinin ilin əvvəlindən bəri qeydə alınan 30 faizlik düşüşünü məhdudlaşdırıb. Vaşinqtonda fəaliyyət göstərən Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Bruks bildirir: “Rublu sabitləşdirmək üçün Rusiyanın təcili artımlara ehtiyacı var. Əlimizdə Putinə layiq olduğu maliyyə böhranını vermək gücü var. Biz, sadəcə, “Yeddilər Qrupu”nun qiymət həddini aşağı endirməliyik”. Rusiya Mərkəzi Bankının keçmiş təhlilçisi Aleksandra Prokopenko da bu fikri dəstəkləyir. O iddia edir ki, sanksiyalar effekt verir və Moskvanın tək nağd pul mənbəyi olan neftə görə aldığı pulu azaltmaq Putinin iqtisadiyyatını ağır duruma salacaq. Hazırda Berlindəki Karnegi Rusiya Avrasiya Mərkəzinin qeyri-rezident tədqiqatçısı olan Proxopenko deyib ki, uğursuz hücumu nəyin bahasına olur-olsun davam etdirməkdən ötrü Rusiya prezidentinin israrı iqtisadiyyatı get-gedə daha da zəiflədir. O, “Bloomberg”ə yazdığı köşə yazısında qeyd edib: “Qərb Kremlin gəlir mənbələrini hədəfə almağı davam etdirməli, o cümlədən neftə qoyulan qiymət həddini endirməli, Rusiyanın idxal etdiyi digər mallara qarşı da oxşar addımlar atmalı və sanksiyalardakı boşluqları bağlamalıdır”. Ancaq bəzi neft ekspertləri deyir ki, bu qədər tələsməyə dəyməz. Təhlilçilər “Yeddilər Qrupu”nun qiymət həddini endirməsinin dünyada neft təchizatı ilə bağlı narahatlıqları artıracağı və nəticədə xam neft qiymətlərini daha da yuxarı qaldıracağı barədə xəbərdarlıq edirlər. Onlar deyirlər ki, neftə tələbatın yüksək olduğu indiki dövrdə belə bir addım “Yeddilər Qrupu” ölkələrinin özlərinə ziyan vurar, Rusiyanın gəlirlərinə isə çox da təsir etməz. Osloda fəaliyyət göstərən "Rystad Energy" araşdırma şirkətinin təhlilçisi Yorqe Leo bildirir: “Əgər sabah “Yeddilər Qrupu” gəlib desə ki, qiymət həddi 50 dollardır,  böyük ehtimalla neft qiymətlərinin daha da artmasına şahid olacaqsınız. Sanksiyaların sərtləşdirilməsindən dərhal sonra gələn reaksiya həmişə neft qiymətlərinin artması olur, axı təchizatın kəsilməsi ilə bağlı qorxu yaranır. Məncə, “Yeddilər Qrupu” üçün ən yaxşısı qayığı silkələməməkdir”.

Ekspertlər deyir ki, onsuz da onilliklər boyunca ən yüksək inflyasiya ilə üzləşməli olan və enerji qiymətlərinin qalxaraq vəziyyətin daha da pisləşməsini istəməyən “Yeddilər Qrupu” liderlərinin çoxu bu narahatlığı bölüşür. Yaşayış qiymətlərinin kəskin artması ABŞ prezidenti Co Baydenin gələn il yenidən prezident seçilməsinə mane olacaq ən böyük amillərdən biri sayılır. Qiymət həddinin effektivliyi ilə bağlı debat onun tətbiq edildiyi dekabr ayından bəri davam edir. Səkkiz ay keçsə də, onun nə dərəcədə işə yaradığına dair heç bir ortaq fikir yoxdur. Axı Rusiyanın neftdən əldə etdiyi gəlirə, eyni zamanda, Qərbə dəniz daşımalarına qoyulan embarqo, “OPEC+”un hasilata qoyduğu məhdudiyyətlər də təsir göstərir. Dəniz yolu ilə daşınan xam neftə qoyulan embarqo ilə birlikdə qiymət həddi də qüvvəyə minəndə Rusiyanın “Ural” brendi artıq barreli 60 dollardan da aşağı satılırdı. Rusiyanın ixracatı məhdudlaşdırması dünya miqyaslı iqtisadi xaos doğura bilər. Rusiya Səudiyyə Ərəbistanından sonra dünyanın ikinci ən iri neft ixracatçısıdır. Qiymət həddi siyasəti Rusiya nefti bir bareli 60 dollardan yuxarı satılanda Qərb vasitəçilərinin, o cümlədən nəqliyyat və sığorta şirkətlərinin öz xidmətlərini təklif etmələrinin qarşısını alır. Qərb şirkətləri, ənənəvi olaraq, bu sahələrdə dominant olduqlarından onları oyundan çıxarmaq Rusiyanın fəaliyyətini məhdudlaşdırmağa kömək edir. Rusiya bu məhdudiyyətlərin öhdəsindən gəlmək üçün paralel infrastruktur qurmağa çalışır. Bu nəhəng ölkə yüzlərlə köhnə tanker satın alıb və gəmilərin yenidən sığortalanmasına 9 milyard dollar ayırıb. Ekspertlər deyir ki, Rusiya nəqliyyat xərclərini şişirdərək nefti hansı qiymətə satdığını gizlətmək istəyir. Beynəlxalq Enerji Agentliyinin bilgilərinə görə, ötən ay Rusiya neftinin orta qiyməti 64.31 dollar olub. Qiymət limitini aşan bu rəqəm neft ixracından gələn gəliri son səkkiz aydakı rekord həddə çatdırıb. Bu qiymət hələ də “Brent”in dəyərindən aşağı olsa da, aradakı fərq 35 dollardan 10 dollara enib. Bu da qiymət həddinin öz gücünü itirməsinin daha bir göstəricisidir. Vaşinqtonda yerləşən Beynəlxalq və Strateji Elmlər Mərkəzinin eksperti Ben Kehill deyir ki, sanksiyaların təsiri get-gedə zəifləməyə meylli olur, çünki hiyləgər adamlar hər şeyin bir yolunu tapırlar: “Son 10-15 ildə enerji sanksiyalarının hekayəti budur ki, bazar onlardan yayınmağın yetərincə ağıllı üsullarını tapır. Özü də sanksiyalar nə qədər uzun zaman qalırsa, sızıntı bir o qədər çox olur. Özəlliklə bazar məhdud olanda”. Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun ekspertləri iyul ayında bildiriblər ki, Rusiyanın neft gəlirlərinə qiymət həddinin təsiri embarqonun təsirindən daha az olub. Onların fikrincə, 60 dollarlıq limit bir çox hallarda gəlirlərə təsir üçün çox yüksəkdir və üstəlik, bu sanksiyanın icrasına nəzarət mexanizmləri çatışmır. Rusiyanın dəniz yolu ilə daşınan xam neftinə Avropanın embarqo qoyması Moskvanı məcbur edir ki, öz neftini Baltik və Qara dəniz limanlarından xeyli ucuz qiymətə Çin və Hindistana yönləndirsin. Harvard Universiteti Devis Mərkəzinin əməkdaşı, Rusiya neft sənayesi üzrə ekspert Kreyq Kennedi deyir ki, sanksiyaların icrası ilə bağlı tezcə tədbir görülməsə, qiymət həddi siyasəti sıradan çıxmaq riskiylə üzləşəcək. Səudiyyə Ərəbistanı iyul ayında qiyməti qaldırmaq üçün istehsalatı gündə 1 milyon barrelədək azaldıb. Bununla da Rusiya neftinin qoyulan qiymət həddindən baha satılmasına şərait yaranıb. Səudiyyə Ərəbistanı daha sonra bu qərarını sentyabradək uzadıb. Ekspertlər bildirir ki, Çin, Hindistan və Asiyanın digər ölkələrindəki alıcılar nefti endirimli qiymətlə ala bildikləri müddətcə “qızıl yumurtlayan qaz”ı “öldürməkd”ə maraqlı deyillər.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ