Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə 40 ton un yardımı göndərməsinə Azərbaycanın Xankəndi şəhərində fəaliyyət göstərən separatçı dəstədən reaksiya verilib.
Araik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan yardım göndərilməsinin onlarla “razılaşdırılmadığını” bildirib.
O, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımı “yalançı xeyriyyəçilik” adlandırmaqdan da çəkinməyib. Bildirib ki, Bakı həqiqətən yardım etmək istəyirsə, Laçın yolunu ikitərəfli açmalı və yüklərin daşınmasına şərait yaratmalıdır.
Bütün bunlar ermənilərin saxta “humanitar böhran” kampaniyası apardığına bir sübut sayılırmı?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün Azərbaycan dövləti ,eyni zamanda Qızıl Aypara cəmiyyəti bu cür aksiya keçirməsi Xankəndində, Qarabağda məskunlaşan etnik ermənilərə humanitar yardım göstərməklə öz humanistliyini, insanpərvərliyini bütün dünyaya nümayiş etdirmiş olur: “Qarabağ erməniləri, Ermənistan hökuməti bir neçə müddətdir ki, canfəşanlıq edərək, hay - küy qaldıraraq bütün dünyanın diqqətini bu bölgəyə cəlb etmək istəyir. Əlbəttə, məqsəd məlumdur, güya Qarabağda yaşayan ermənilər blokadaya alınıb. Amma bu gün biz belə addımlarla sübut edirik və bütün dünyaya göstəririk ki, blokadadan söhbət gedə bilməz. Qarabağ Azərbaycanın ayrılmaz, süveren ərazisidir və bu ərazidə yaşayan etnik ermənilər də Azərbaycan vətəndaşlarıdır. Bu gün biz öz vətəndaşlarımıza müəyyən yardım yükləri göndəririk. Təbii ki, bu da dünya birliyi tərəfindən müsbət qiymətləndirilməlidir. Amma təəssüf ki, biz bir qrup separatçının müəyyən etirazlarının şahidi oluruq. Guya onlar Azərbaycanın göndərdiyi yardımı qəbul etmək istəmirlər. Ancaq bununla da öz məkrli, terrorçu və separatçı niyyətlərini həyata keçirməyə çalışırlar. Əlbəttə ki, Araik Arutunyan və onun quldur dəstəsinin rəhbərlik etdiyi separatçılar bizim atdığımız xeyirxah addımı elə bu cür də qiymətləndirməli idilər. Çünki onların məqsədi əslində Azərbaycan ərazisində qeyri - qanuni silahlı dəstələrin mövcudluğunun uzadılması, separatçı hərəkətləri davam etdirməklə Azərbaycana qarşı işğalçı siyasət yürütməkdir. Təbiidir ki, dünya ictimaiyyəti bunu yaxşı bilir. Biz də bütün bunlara baxmayaraq, Qarabağda məskunlaşan dinc soydaşlarımıza yardımlarımızı davam edəcəyik. Çünki, məlumdur ki, ara qızışdırmağa çalışırlar. Dövlətimiz çalışır ki, süveren ərazilərimizdə olan separatçılar, terrorçu dəstələr bu ərazilərdən rədd olub çıxsınlar. Əgər bu olmayacaqsa, Azərbaycan öz tutarlı sözünü deyəcək və bu istiqamətdə müəyyən addımlar atılacaq. O ki, qaldı separatçıların Laçın yolunun açılması ilə bağlı bəynbatlarına, bu da qeyri - qanunidir. Laçın yolu o zaman açıla bilər ki, Azərbaycanının irəli sürdüyü təklif həyata keçər və Ağdam - Xankəndi yolu açılar. Laçın yolu yalnız bir şərtlə açıla bilər. Beynəlxalq qanunvericilik çərçivəsində bu yoldan həm sərhəd, həm də gömrük buraxılış məntəqələri tam fəaliyyət göstərsə. Ermənistandan Laçın yolu ilə hərəkət ən azı qanunlar çərçivəsində həyata keçirilə bilər”.
Məhəmmədəli QƏRİBLİ