Bazar ertəsi günü, 07 sentyabr 2026
     

Fransanın simasızlığı - Vüqar Rəhimzadə

Image


Azərbaycan tarixi Zəfərindən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib.

Dövlətimiz bu istiqamətdə səylərini günbəgün artırsa da işğalçı Ermənistan havadarlarının maraqlarının ifadəçisi kimi yenə də müxtəlif vasitələrlə, əsassız təbliğatı ilə prosesin uzanmasında maraqlı olduğunu nümayiş etdirir. İstər işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi daim diqqətdə olmaqla yanaşı, onun bu davranışları müxtəlif fikirlərin yaranmasına səbəb olub. Hələ də anlamaq olmur ki, Fransa nə üçün vəziyyətin gərginləşməsində maraqlıdır? Fransa atdığı addımların ona qarşı bir inamsızlıq mühitinin yaranmasında nə kimi rol oynadığını düşünürmü? Hər zaman qeyd edildiyi kimi, Fransa ilə Ermənistanı eyni dəyərlər birləşdirsə də bu, hansısa bir məsələyə yanaşmada qərəz, ədalətsiz mövqe nümayiş etdirməyə əsas vermir.

Dövlət başçısı İlham Əliyevin Şuşa Qlobal Media Forumunda İkinci Qarabağ savaşı dönəmində ölkələrin mövqeyi ilə bağlı ünvanlanan suala cavabında səsləndirdiyi “Artıq bu, tarixdə qalıb. Biz bilirik bizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi hesab edirəm ki, düzgün olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq. Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, necə deyərlər, öz daxili səbəbləri var. Biz bunu da başa düşürük. Bəzi ölkələrdən bəlkə daha çox dəstək gözləyirdik, bəzi ölkələrdən, ümumiyyətlə, heç nə gözləmirdik. Yəni, bu, beynəlxalq münasibətlərin qanunlarıdır” söyləməklə Azərbaycanın xarici siyasətinin əsas prinsipini açıqladı. Bir daha bəyan etdi ki, heç bir dövlətin daxili işinə qarışmırıq və öz daxili işimizə müdaxiləni yolverilməz hesab edirik. Dövlət başçısı bu məqamı da xüsusi vurğuladı ki, İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr artıq öz ermənipərəst mövqelərini gizlədə bilməmişdilər, yaxud da bunu istəməmişdilər. Bu, o ölkələrlə münasibətlərin müəyyən dərəcədə gərginləşməsinə gətirib çıxarmışdır. Ancaq bu, o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq və əsas odur ki, sənin gündəliyin olsun. Düşünürük ki, Prezident İlham Əliyevin bu çağırışı kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçməyə çalışan, amma özünə və himayədarlıq etdiyi ölkələrə gəldikdə bu prinsipləri arxa plana keçirməkdən narahatlıq hissi belə keçirməyən Fransa kimi dövlətlərə ciddi mesajdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə saxta erməni təbliğatının hədəfindən bəhs edərək bildirib ki, Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən işğalçı dövlət və onu himayə edən qüvvələr ölkəmizi guya sərhəddə vəziyyəti gərinləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışır. Reallıq budur ki,  Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolu ilə Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu məsələdə Fransanın erməni təbliğatına dəstəyi diqqətdən kənarda qalmır. Görünən budur ki, Fransa Azərbaycanın tarixi Zəfərini, yaratdığı yeni reallıqları həzm edə bilmir. Fransa rəsmilərinin guya Laçın-Xankəndi yolunun bağlanması və oradakı ermənilərin humanitar-iqtisadi blokadaya alınması barədə sərsəm fikirlərinin davamlılığı da bu ölkənin məqsəd və məramına aydınlıq gətirir.

Prezident İlham Əliyev bu günlərdə “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında da bu çağırışı etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu müharibə dövründə göstərmişik. 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərdik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki Azərbaycana qarşı aparılan kampaniya, çirkin təbliğat iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Heç kimdən qorxmuruq və bunu həm döyüş meydanında, həm siyasi müstəvidə göstərmişik. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan və bölgə üçün yaxşı olacaq. 

YAP Xətai rayon təşkilatının sədri diqqəti avqustun 28-də Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi sərsəm fikirlərə və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına yönəldib. Qeyd edib ki, Xarici İşlər Nazirliyi mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl  kimi dəyərləndirir. Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək sərsəm fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir. Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa Prezidentinin indi Azərbaycanın BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyətlə bağlı iddiaları çıxışında xüsusi vurğulaması anlaşılan deyil. Makronun leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir. Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

07.09.2026 / 09:47
Berlin və Avropa şokda - AfD rekord səslə qalib gəldi...

07.09.2026 / 09:32
Paşinyan Moskvaya gedir – Kreml açıqladı…

07.09.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna ordusu üçün hərbi yük daşıyan gəmini vurdu…

07.09.2026 / 07:47
Yəhudilər İsraildəki “erməni ziyarətgahı”na tüpürmədən keçmir - polis də çarəsiz qaldı

06.09.2026 / 22:45
Overçuk Aİ-nin Ermənistana yardımını Rusiya bazarı ilə müqayisədə heç saydı - bizi əvəz edə bilmədilər...

06.09.2026 / 22:07
Netanyahu söz verdi - "İran rejimini devirəcəyik, sonu yaxındır"...

06.09.2026 / 21:35
Kuşner Putinlə danışıqların təfərrüatlarını açıqladı – üçtərəfli görüş keçirilə bilər…

06.09.2026 / 21:10
Kiyevdə Zelenski-Uitkoff-Kuşner danışıqlarına üç Aİ ölkəsi də qoşuldu – təfərrüatlar açıqlandı…

06.09.2026 / 20:28
ABŞ-ın İranla müharibəsi "əbədi müharibəyə" çevrilə bilər - Pentaqonun keçmiş rəhbərindən Trampa xəbərdarlıq...

06.09.2026 / 20:05
Kremldən III Dünya Müharibəsi xəbərdarlığı… Lavrov Berlinin addımlarını Nasist Almaniyası ilə müqayisə etdi - bizə müharibə elan edəcəklər…

06.09.2026 / 19:31
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib

06.09.2026 / 18:15
Sahibə Qafarovanın ABŞ-a səfəri başladı...

06.09.2026 / 17:22
Ruslar Trampın elçilərinin Kiyevə təyyarə ilə getməsinə imkan vermədilər…

06.09.2026 / 16:38
İran Hörmüz boğazına girməyə çalışan ABŞ pilotsuz qayığını vurdu…

06.09.2026 / 16:10
Trampın nümayəndələri ilk dəfə Kiyevdə…. Zelenski Uitkoff və Kuşnerlə görüşdü…

06.09.2026 / 15:15
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - FOTO

06.09.2026 / 14:12
Rusiya Ukraynadakı ÜST anbarlarını da bombalayır – ancaq təşkilat təcavüzkarın adını çəkməkdən yayınır…

06.09.2026 / 13:40
“Rusiya və Ukrayna iqtisadiyyatı məhv olacaq, müharibəni dayandırmalıyıq” - Zelenskinin müşaviri xəbərdarlıq etdi…

06.09.2026 / 12:14
Ukrayna Ryazanda neft emalı zavodunu vurdu…

06.09.2026 / 11:36
"Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb" - Prezident

06.09.2026 / 11:33
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb

06.09.2026 / 11:22
İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan gəmiləri vurmaqla hədələdi...

06.09.2026 / 11:04
Trampın elçilərinin Moskva danışıqlarının bəzi detalları açıqlandı...

06.09.2026 / 10:23
Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

06.09.2026 / 10:11
Ağdamda traktor minaya düşdü, sürücü yaralandı - YENİLƏNDİ

06.09.2026 / 09:36
İran ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisini vurdu…

06.09.2026 / 00:26
Kremldə üç saatdan çox davam edən Putin-Uitkoff-Kuşner danışıqları başa çatdı... - YENİLƏNDİ

05.09.2026 / 22:12
Everest buzlaqlarını əridən… alpinistlərin sidiyi imiş… İlginc…

05.09.2026 / 21:36
“Sputnik Armenia”dan Azərbaycanla aranı qatmaq üçün təxribatçı xəbər...

05.09.2026 / 20:34
Paşinyan Ermənistanın yenidən inqilaba ehtiyacı olduğunu deyir…

05.09.2026 / 20:11
Zelenskidən Putinin atəşkəs əmrinə reaksiya - üç gün Moskvaya hücum olmayacaq…

05.09.2026 / 19:48
Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarıldı

05.09.2026 / 19:32
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edildi

05.09.2026 / 19:08
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

05.09.2026 / 18:50
Serbiyanın hakim partiyası Vuçiçi rəsmən baş nazir vəzifəsinə namizəd göstərdi....

05.09.2026 / 18:12
ABŞ İranın üç neft tankerini vurdu və Tehrana xəbərdarlıq etdi – birini vursanız üçünü vuracağıq…

05.09.2026 / 16:38
Putin Trampın elçilərini Kremldə qəbul edəcək…

05.09.2026 / 16:21
Putin Zelenskinin təklifini qəbul etdi - Kiyevə hücumlar təxirə salındı…

05.09.2026 / 15:45
50 yüksək rütbəli hərbçi yalan detektorundan keçirildi, nazirin istefası tələb olundu - İrana hücumla bağlı məxfi məlumatların sızdırılması ABŞ-ı qarışdırdı…

05.09.2026 / 15:07
Rusiya Ukraynanın atəşkəs təklifinə cavab vermir - təklif Putinə çatdırılıb, ancaq…

05.09.2026 / 14:24
Rusiyada vəzifəlilərin şübhəli ölümlərinə daha biri əlavə olundu – istefa verdi, qısa müddət sonra 9-cu mərtəbədən yıxıldı…

05.09.2026 / 13:55
Avrokomissar hərbi caninin qəhrəmanlaşdırılmasına görə Serbiyaya səfərini ləğv etdi…

05.09.2026 / 13:26
Rusiya səfiri Kiyevdə SBU binasına hücuma görə Slovakiya XİN-ə çağırıldı…

05.09.2026 / 13:09
Trampın sülh elçilərini daşıyan təyyarə Moskvaya endi…

05.09.2026 / 12:53
AB Xark adası sahillərində İran tankerini vurdu…

05.09.2026 / 12:37
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

05.09.2026 / 12:19
Armen Qriqoryan 2018-ci ilin "məxməri inqilabı"ndan kitab yazdı - Suallardan isə yayındı...

05.09.2026 / 12:14
Azərbaycan LLDCs-nin vitse-sədri seçildi...

05.09.2026 / 11:50
Bir gündə axtarışda olan 149 nəfər saxlandı...

05.09.2026 / 11:40
Bakıda daha bir BMT tədbiri keçiriləcək - Dördüncü İqlim Həftəsi

05.09.2026 / 11:22
ABŞ Ermənistana Azərbaycanla razılaşmaya görə 5 milyardlıq layihə verib...Hikmət Hacıyevdən maraqlı sitat...

05.09.2026 / 11:08
Erməni hüquq müdafiəçisi Azərbaycana böhtan atdı - Ombudsmandan da tutarlı cavab aldı...

05.09.2026 / 10:32
"Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir" - DYP vətəndaşlara çağırış etdi...

05.09.2026 / 09:30
Nigerdə avqust üsyanının arxasından Makron çıxdı - "şəbəkəyə o rəhbərlik edib"...

05.09.2026 / 00:49
Davudoğluna bu çıxışına görə cinayət işi açıldığı deyilir...

04.09.2026 / 22:43
ABŞ öz günahını Ukraynanın üzərinə yükləməyə çalışır - qlobal enerji qiymətlərinin artmasında Kiyev günahkardır…

04.09.2026 / 22:26
Ukrayna Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qalacaq - "Patriot" böhranı dərinləşir…

04.09.2026 / 22:16
Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası

04.09.2026 / 22:09
Deputat nazir parlamentdə çıxış edərkən it kimi hürməyə başladı...

04.09.2026 / 21:51
Almaniya-Rusiya münasibətləri 1-2-ci dünya savaşları ərəfəsindəki həddə qayıdır...

04.09.2026 / 21:33
Paşinyan özü üçün “ən real variantı” seçdi - Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...

04.09.2026 / 21:15
Lavrovun “uzaqgörənliyi” - Ermənistanın Avropaya həvəsi çox tez sönəcək...

04.09.2026 / 20:57
Azərbaycana Ermənistandan ilk mal ixracı başladı - Ticarət hansı valyuta ilə aparılacaq...

04.09.2026 / 20:42
Əliyevdən ATƏT-ə “30 illik səhvinizdən heç olmasa bundan sonra nəticə çıxarın” mesajı...

04.09.2026 / 20:29
Tibbdə maaş islahatının hədəflərindən biri - Təcili yardım sürətlə dəyişəcək...

04.09.2026 / 20:15
İran 56 gəminin Hörmüz boğazından keçidinə qadağa qoydu...

04.09.2026 / 20:02
Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

04.09.2026 / 19:59
Zaxarova Paşinyana - "Sən kişisən, yoxsa qadın?"...

04.09.2026 / 19:50
Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...

04.09.2026 / 19:21
Məhkum ermənilərlə bağlı Paşinyanın “Əliyevlə müzakirə etdik” bəyanatında ciddi qüsur var...

04.09.2026 / 19:07
Prezident və Birinci xanımın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü - FOTO

04.09.2026 / 19:03
Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahını vurdu –birbaşa SBU rəhbərinin otağı hədəf alındı...

04.09.2026 / 18:51
ABŞ Ermənistanla İran sərhədində qoşun yerləşdirmək niyyətindədir – iddia

04.09.2026 / 18:38
Trampın xüsusi nümayəndəsi Kiyevə getməkdən qorxur...

04.09.2026 / 18:27
Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir... ABŞ 2022-də "qara siyahı”ya salıb...

04.09.2026 / 18:25
Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdlrılmasına” başlanılır... Bu nədir?

04.09.2026 / 18:20
Çin Yaxın Şərqdə ABŞ-a meydan oxuyur - Pekin mühüm gedişlərə başladı...

04.09.2026 / 18:03
Gümrüdəki 102-ci bazanın məsələsini Paşinyandan qabaq Putin özü qaldırdı - şübhəlidir...

04.09.2026 / 17:51
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

04.09.2026 / 17:45
Tramp Rusiyanı səssiz şəkildə beynəlxalq təcriddən qurtarır - G20 dəvəti təsadüf deyil...

04.09.2026 / 17:44
Meloni hökuməti rekord qırdı - ən uzunömürlü hakimiyyət

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ