Fransanın Xarici İşlər Naziri Ketrin Kolonnanın erməniçiliyi yenə tutdu. Səfirlərin illik toplantısında Laçın yolu ilə bağlı Azərbaycanın siyasətini "mənəviyyatsızlıq" adlandırıb... "Erməniləri Dağlıq Qarabağdan kütləvi köç etdirmək məqsədi güdən boğma strategiyası qanunsuzluq, hətta mənəviyyatsızlıqdır" - Kolonna belə deyib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
Kolonnanın dediklərini şərh edən A.Quliyev daha sonra yazır:
Əvvəla, mənəviyyatsızlıq Makron və Kolonna kimi şəxslərə məxsusdur ki, beynəlxalq hüquq norma və prinsiplərindən danışdıqları halda, Azərbaycanın qanuni mənafelərini həyasızcasına görməzlikdən gəlirlər...
İkinci, mənəviyyatsızlıq Fransa kimi dövlətin siyasətinə xasdır ki, 3 milyon əlcəzairlini qətliam atdiyi halda, 40 milyonluq xalqdan üzr istəmək cəsarətinə sahib bircə cəsur prezident tapıb ortaya çıxara bilmir...
Üçüncü, mənəviyyatsızlıq odur ki, başqasının əzəli torpağını zorla qoparmaq istəyən və buna görə, layiqli şəkildə məğlub edilmiş ölkəyə hələ də təcavüzkar deməyəsən, onunla guya "əzilən, boğulan xalq kimi" davranasan...
Tahir TAĞIYEV