Afrikanın Niger dövlətində 26 iyul hərbi dövlət çevrilişindən sonra Fransa səfirinin və fransız hərbi bazasının ölkəni tərk etməsi üçün qoyulmuş 48 saatlıq müddət bitdi.Müddət çıxan kimi, Makron Parisdə diplomatlar qarşısında səfirliyin Nigerdən çıxmayacağını və devrimçi hakimiyyəti tanımayacağını bəyan etdi.
Ancaq Niger qiyamçıları da dediklərini etdilər və bu gün səhərdən paytaxt Niamey şəhərində Fransanın 1500 əsgərinin , 100 döyüş təyyarəsinin olduğu və səfirin gizləndiyi " Niamey 101" hərbi bazasını ictimaiyyət nümayəndələrinin əli ilə mühasirəyə aldılar .Hazırda hərbi bazanın suyu, işığı kəsilib.Məhdud ərzaq verildiyi deyilir.
Bu da Makronun " son müsibəti"...1500 əsgərini uzaq Afrikada blokadadan çıxarmaqda acız qalıb, Xankəndi ermənilərini vəziyyətdən çıxarmaq üçün gülünc şəkildə baş sındırır...
Makronun Fransa tarixinə ən uğursuz, ən urvatsız , ən ziyankar və ən qabiliyyətsiz prezident kimi düşməsi üçün daha nə baş verməlidir?!....
Fransanın bir neçə Afrika ölkəsindən rüsvayçılıqla qovulması onun dövrünə düşdü....
Fransa Cənubi Qafqazda da mövqelərini onun sayəsində qovulmaq həddinədək itirdi..
Avstraliya, Britaniya və ABŞ- ın Cənub- Şərqi Asiyanın " NATO- su" deyilən AUKS təşkilatını Fransasız yaratmaqları da Makronun fərsizliyinin nəticəsi oldu....
Aydın Quliyev, "Bakı-Xəbər" qəzetinin baş redaktoru