İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli “Bakı-Xəbər” qəzetini 20 illiyi münasibəti ilə təbrik edib.
Qəzetin baş redaktoru Aydın Quliyevə ünvanlanan təbrik mətnində deyilir:
“Bakı-Xəbər” qəzetinin yaranmasının 20 illiyi münasibəti ilə Sizi səmimi arzularla təbrik edirəm.
Ölkəmizdəki Kütləvi İnformasiya Vasitələri çoxluğunda “Bakı-Xəbər” qəzetinin özünə məxsus dəsti xətti vardır.
Analtik yazılar, ölkə gündəmini əhatə edən və oxucuların maraq dairəsini qoruyan qəzetiniz Azərbaycan mediasının inkişafında da xidmətləri ilə öz sözünü deməkdədir.
Bir daha rəhbərlik etdiyiniz qəzetin yubileyi münasibətilə Sizi və kollektivinizi təbrik edirəm”.