Separatçılar məkrli davranışları, saxta “bokada” şouları ilə, demək olar ki, artıq bütün dünyanı cana doydurublar. Belə olmasaydı, BMT Təhlüksizlik Şurasının məlum iclasında onlara tövsiyə verilməzdi ki, hadisələri siyasiləşdirməyin. Əslində, Xankəndidə humanitar fəlakət adlı bir şey yoxdur, hər şey süni şəkildə düzülüb-qoşulur. Məqsəd də odur ki, separatçılar sadə erməniləri daha çox girovluqda saxlasınlar və onlardan, onların uşaqlarından alət kimi öz çirkin niyyətlərini, cinayətlərini həyata keçirmək üçün istifadə etsinlər.
Öz çirkin məqsədlərini həyata keçirmək üçün hayların uşaq və qadınlardan istifadə etdiyi tarixi faktdır. Xankəndidə yaratdıqları “blokada”, “qıtlıq”, “aclıq” şousunda da uşaqlardan istifadə edirlər. Erməni mediası yenə yalan püskürməklə məşğuldur. Yalandan iddia edir ki, guya Qarabağda yaşayan ermənilər arasında “aclıq” və çörək sexlərinin qarşında “çörək növbələri” baş alıb gedir, guya camaat “qeydiyyatdan keçərək növbəyə durur”. Erməni mediası bir yeniyetmənin fotosunu təqdim edərək “On üç yaşlı Arsen artıq üçüncü dəfədir çörək növbəsindədir, ancaq evə çörəksiz qayıdır” qeydini ediblər. Fotoqrafın təqdim etdiyi şəkildən aydın görsənir ki, Arsen kimi təqdim edilən uşağın üzündə nə aclıq, nə də gərginlik ifadəsi var... Bu şəklin də növbəti saxtakarlıq və erməni propoqandasına xidmət etdiyi məlumdur. Ermənilər acından ölürlərsə, niyə Azərbaycanın təklif etdiyi yolları seçmirlər? Onlar Azərbaycan ərazisində yaşayırlar və Azərbaycan vətəndaşları kimi də yaşamalıdırlar. Amma yenə də çoxüzlü və məkrli hərəkətləri ilə separatçılar camaatı irəliyə addım atmağa qoymurlar.
“Ermənilər tarixən uşaqlarından, qadınlarından öz saxta təbliğatlarını həyata keçirmək üçün yararlanıblar”
“Müasir İnkişaf” Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, on üç yaşlı yeniyetmənin şəklini yaymaqla separatçılar özlərinin növbəti “aclıq” təbliğatını həyata keçirmək istəyirlər. “Separatçılar bu fotonu yaymaqla növbəti dəfə dünya birliyini aldatmağa cəhd edirlər. Bu gün Xankəndidə aclıq, susuzluq, çörək növbəsi kimi iddiaların sırf şou xarakterli olduğu və uşaqların da bu məkrli oyuna alət edildiyi göz qabağındadır. Biz dəfələrlə bu məsələyə toxunmuşuq ki, Xankəndidə insanların günü kafedə, restoranda keçir, onlar bunu özləri sosial şəbəkələrdə yaydıqları fotolarla göstərirlər. On üç yaşlı uşağın üzündə günlərlə ac-yalavac qalan adamın ifadəsi yoxdur, şəkildəki normal uşaqdır”-deyə bildirən M.Göyüşlü qeyd etdi ki, aclıqdan, susuzluqdan ölən, məhv olan Azərbaycan uşaqları olub, bizim uşaqlar Birinci Qarabağ müharibəsində bütün faciələrlə üzləşiblər. Ermənilər tarixən uşaqlarından, qadınlarından öz saxta təbliğatlarını həyata keçirmək üçün yararlanıblar. Bu xislətdə toplumdan hər şey gözləmək olar. Onlar növbəti dəfə öz uşaqlarını daha dəhşətli oyunlara qoşa və hətta yalançı aksiyalar da təşkil edə bilərlər. Ermənilər öz uşaqlarının əlinə silah verib bizə qarşı müharibəyə cəlb ediblər. Bu mənada onların uşaqlardan istifadə edərək hər cür kirli, çirkin təbliğat apara biləcəklərini istisna etmirəm. Necə ki, bunu edirlər də. Hesab edirəm ki, separatçıların bu şousu nəticə verməyəcək, çünki Azərbaycan bütün faktları BMT Təhlükəsizlik Şurasının iclasında ortaya qoydu. BMT tribunasında Azərbaycanın daimi nümayəndəsi ermənilərin toy, şənlik şəkillərini göstərməklə, faktiki olaraq onlara toy tutdu. Bir tərəfdən yeyib-içmək şəkilləri, videoları yayırlar, o biri tərəfdən də saxta “çörək növbəsi düzüb-qoşurlar. Blokadada olan bir toplum necə yeyib-içib şənlik, toy edə bilər? Onların dünyanı aldatmaqla bağlı növbəti cəhdləri iflasa uğrayacaq. Düzdür, ermənipərəstlər, onların havadarları rahat durmayacaq, amma yenə də onların saxtalarlığı ayaq tutsa da yeriyə bilməyəcək”-deyə M.Göyüşlü əlavə etdi.
Aytəkin KƏRİMLİ