Milli QHT Forumunun prezidenti Rauf Zeyni "Bakı-Xəbər" qəzetini 20 illik yubileyi münasibətilə təbrik etdi
Qəzetinin baş redaktoru Aydın Quliyevə ünvanlanan məktubda deyilir:
"Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu "Bakı-Xəbər" qəzetinin kollektivini 20 illik yubileyi münasibətilə təbrik edir və uğurlar arzu edir.
Bu illər ərzində "Bakı-Xəbər" qəzeti milli mətbuatın, demokratik cəmiyyətin və vətəndaş cəmiyyətinin inkişafına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hər zaman öz töhfələrini verib. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu və vətəndaş cəmiyyəti olaraq "Bakı-Xəbər" qəzetinin xidmətlərini yüksək qiymətləndirir və Azərbaycanın inkişafı naminə fəaliyyətində daha böyük uğurlar arzu edirik".
Tahir TAĞIYEV