Çünki senator məhz ermənilərlə qeyri-şəffaf işbirliyində olduğu üçün Azərbaycanı heç bir əsas olmadan bəşəriyyətə qarşı cinayətdə ittiham edir. Senator Azərbaycanın Qarabağda erməniləri blokadaya aldığını və "bəşəriyyətə qarşı cinayət" törətdiyini iddia edir. "Çörəyi silaha çevirmək olmaz" deyən senator Azərbaycanı hələ üzv olmadığımız Roma statusunun 7-ci bəndini pozmaqda suçlamaq istəyir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
Senatorun dediklərini şərh edən politoloq daha sonra yazır:
- Senatorun azacıq vicdanı olsaydı, fərqinə vara bilərdi ki, ermənilərin dərdi heç bir halda çörək və ya aclıq deyil, onlar həqiqətən aclıq çəksəydilər Ağdamdan təklif edilən ərzağa göz yumaraq yalnız Gorusdan ərzaq daşınması üçün təkid etməzdilər. Ermənilərin işi "çörəyi bol olanın kojik-bulka" iddiasıdır. Senatorun bunu niyə başa düşmədiyini, ya başa düşmək istəmədiyini özü bilər. Ancaq onun əsaslar olmadan Azərbaycanı bəşəriyyətə qarşı ağır cinayətdə suçlamasının özü cinayətdir...
Görək Azərbaycan beynəlxalq hüquq müstəvisində hansı əks-addımlar atacaq...