Separatçılar Qarabağın erməni sakinlərinin Bakının rəsmi təmsilçiləri ilə görüşünə dair iki şərt irəli sürüblər ki, hər ikisi görüşü pozmağa hesablanıb və pozur.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
"1. Separatçılar görüşün Yevlax və ya Bərdədə yox, guya təhlükəsizlik mülahizəsi ilə sülhməramlıların nəzarətində olan bir məntəqədə keçirilməsini istəyir.
2. Separatçılar görüşdə 3-cü tərəfin (?) də iştirakını təkid edirlər.
Bu şərtlər ermənilərin yenidən pozuculuq etdiklərini qəti söyləmək üçün kifayətdir..." - A.Quliyev yazır.
Tahir TAĞIYEV