Xəbər verdiyimiz kimi İstanbul Qəzet və Jurnalistlər Federasiyasının Başkanı Əli Rıza Yıldız "Bakı-Xəbər" qəzetini 20 illik yubileyi münasibətilə təbrik edib.
Başkan Yıldız tərəfindən qəzetimizin baş redaktoru Aydın Quliyevə ünvanlanmış təbrik mesajı Türkiyənin bir neçə media qurumunda - "Yasam" qəzeti, "Kadıköy" qəzeti, "Anadolu Kent Haber" qəzeti, "Gazete hur" qəzeti, cumhurhaber saytı və ozbarhaber.com saytında da yayımlanıb.
Bundan başqa, təbrik mesajı sözügedən qəzet və saytların twitter və instagram sosial şəbəkə hesablarında da paylaşılıb.